Makron Putinlə toqquşacaq
Fransanın yeni prezidentinin ABŞ-lı həmkarı iləsə fikir ayrılıqları da var ortaq nöqtələri də...
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
Fransanın yeni prezidenti Emmanuel Makron 5-ci respublikanın xarici siyasətində Olland dövrünün status-kvosunu saxlamağa qərarlıdır.
Modern.az Qərb KİV-lərinə istinadən xəbər verir ki, Makronun beynəlxalq siyasətdəki yanaşması Vladimir Putin və Fransua Ollandla yanaşmalarından seçilir. Jurnal hələ seçki təbliğatı zamanı Makronun Tramp və Putinlə söz savaşına çıxdığını xatırladır. Məsələn, Makronun partiyası Kremli yerli KİV-dən istifadə edərək onun şəxsi həyatı barədə yalan informasiyalar yaymaqda ittiham edirdi.
Yeni prezident Rusiyaya qarşı sanksiyaların da qüvvədə saxlanılacağına söz verib. Digər tərəfdən, Makron Rusiyanın Suriyadakı əsas müttəfiqi Bəşər Əsədin hakimiyyətdə qalmasına qarşıdır. «Suriya xalqının bir düşməni var və o, Bəşər Əsəddir», – deyə Makron seçki zamanı demişdi.
Jurnalistlərin fikrincə, Makronun dövründə Rusiya və Fransa arasında münasibətlər mənfi məcraya yönələcək.
«Bu gərginlik Kremlin Makronun partiyasına qarşı kütləvi haker hücumu təşkil etməsi iddasının təsdiq tapması ilə daha da dərinləşəcək», – deyə Qərb mediası iddia irəli sürür.
Trampa gəlincə, yanvarda Makron Avropa Birliyini müdafiə edərək ABŞ prezidentinin Brüssel haqda fikirlərini dayaz adlandırmışdı. Bununla belə, o, əməkdaşlığa daim hazır olduğunu da diqqətə çatdırmışdı.
«Makron və Tramp arasında ticarət, qloballaşma, iqlim dəyişikliyi və immiqrasiya sahəsində aralarında fikir ayrılığı olsa da, hər iki lider İslam terroruna qarşı səylərini birləşdirməkdə maraqlıdır".
«New York Times» qəzeti Makronun qələbəsini «ümid və optimism qorxu və reaksiya üzərində qələbəsi» adlandırıb.
Bununla belə, şərhçilər Makronun çətin sınaq qarşısında olduğunu düşünürlər. Onların fikrincə. İşsizlik, terror və miqrant axını ilə üz-üzə qalan Fransa cəmiyyəti yeni prezidentdən yardım gözləyir.
Eyni zamanda, seçkilərdə Makronun qələbəsinin Kmrelin Avropa Birliyibni ziflətmək barədə planlarının tamamilə iflasa uğraması deməkdir.