vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
09:34 | 31 avqust 2018 | Cümə Məqaləyə 1907 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın növbəti təhdidi

“ABŞ-ı Ümumdünya Ticarət Təşkilatından çıxararam”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp, ölkəsini Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxara biləcəyini deyib. Tramp, “Bloomberg News”a verdiyi müsahibədə, ÜTT-nin ABŞ-a daha yaxşı rəftar etməsi lazım olduğunu bildirib.

Tramp, “Düzəlməsələr, ABŞ-ı təşkilatdan çıxaracam”, - deyib.

Tramp, keçən ay verdiyi açıqlamada da, ABŞ-ın ÜTT tərəfindən uzun illər "çox pis" rəftar görərək əlverişsiz mövqeyə itələdiyini iddia etmiş və təşkilatın fəaliyyətini dəyişdirməsi lazım olduğunu bildirmişdi.

ABŞ-ın Ticarət Nümayəndəsi Robert Laytizer (Robert Lighthizer) yanvar ayında etdiyi açıqlamada, Çinin 2001-ci ildə ÜTT-yə üzvlüyünün səhv qərar olduğunu demişdi.

Mütəxəssislər, çoxmillətli azad ticarət sistemini qurmaqda liderlik edən ABŞ-ın ÜTT-dən çıxması halında, başda ABŞ olmaqla qlobal iqtisadiyyatın və dünya ticarətinin mənfi təsir göstərəcəyini vurğulayırlar.