vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
23:57 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İndi də inana bilmirəm»

Qara Qarayev: «Turu keçməklə bağlı danışmaq tezdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldova «Şerif»i ilə qarşılaşan və Çempionlar Liqasının play-off mərhələsinə yüksəlmək şansını cavab qarşılaşmasına saxlayan «Qarabağ»ın yarımmüdafiəçisi Qara Qarayev matçdan sonra apasport.az saytının suallarını da cavablandırıb.


- Rəqib sizə sürpriz hazırlamışdı?

- Oyun gözlədiyimiz kimi keçdi. Onların 5-3-2 taktiki sxeminə üstünlük verəcəklərini bilirdik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bunu çox istəyirdik. Lazımi qədər qol epizodu yarada bildik, təəssüf ki, reallaşdırmağı bacarmadıq. Yaxşı oynadığımızın bir göstəricisi də rəqibin qapımıza yaxınlaşa bilməməsi, təhlükəli zərbə endirə bilməməsidi. Turu keçməklə bağlı danışmaq tezdi. Doğma meydanda heç olmasa 1 top vurub qələbə qazansaydıq, bizim üçün yaxşı olardı.


- Rəşad Sadıqovun yeri görünürdümü?

- Onun yeri hər zaman görünür. O, təcrübəsi ilə bizə çox kömək olur. Arxadan necə oynamalı olduğumuzu deyirdi. Bu da daha rahat hərəkət etməyimizə kömək olurdu. Rəşadın yeri hər zaman görünəcək.


- Topun tora daxil olmamasını necə izah etmək olar?

- Epizodlarımız çox oldu. İlk dəqiqlərdə ard-arda zərbələrimiz qapıdan keçmədi. Dinonun başla vurduğu topun tora daxil olmamasına indi də inana bilmirəm. Amma bu gün istəkli idik, qələbə qazanmaq üçün mübarizə apardıq.


- Bunu səfərdə reallaşdırmaq mümkün olacaqmı?

- Bir məsələni vurğulayım, püşkdən sonra əksəriyyət bizi favorit hesab edirdi. Amma futbolçular bəzi insanların dediyi kimi asan «tikə» deyil. Dəfərlərlə çempion olmuş, qrup mərhələsində çıxış etmiş rəqibdi. Rəqib yaşxı müdafiə olmaq qabiliyyətini bu gün sübut etdi. Əlimizi-qolumuzu yanımıza salıb dayanmamışıq. Bu heç-heçə ilə Moldovaya yollanacağıq və ordan sevindirici nəticə ilə dönməyə çalışacağıq.


- İkinci hissədə təzyiqi artırdınız. Fasilədə hansı tapşırıqlar verildi sizə?

- Rəqibin dördlü müdafiəçi ilə oynayacağını düşünürdük. Amma fasiləyə qədər onları tanımağa çalışdıq və boşluqlar verəcəkləri zəif tərəflərini müəyyən etdik. Bəlkə də buna görə ikinci hissədə yaxşı oynadıq.