vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
04:22 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 3403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

20 yaşlı Mahirin məharəti

«Kopenhagen»lə matçın ən yaxşısı bəlli oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu «Qarabağ»la Danimarka «Kopenhagen»i arasındakı ilk oyunun ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı doğma meydanda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin gənc yarımmüdafiəçisi Mahir Mədətovu ən yaxşı seçib. Qarşılaşmanın taleyini həll edən yeganə qolun müəllifi matçın qalan vaxtında da fəallığı ilə diqqət çəkib.

Yeri gəlmişkən qeyd edək ki, «Kopenhagen»in qapısından keçirdiyi top Mədətov üçün əlamətdar olub. Bu, onun avrokuboklarda ilk qolu idi. Çempionumuzun 20 yaşlı futbolçusu bu oyuna qədər qitə miqyaslı turnirlərdə fərqlənə bilməmişdi.