vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
11:07 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2830 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ın səbəti müəyyənləşdi

Ağdam klubunun ehtimal olunan rəqibləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların püşkatma zamanı yer alacağı səbətlər bəlli olub.

Qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanan 32 komandanın hər birinin səbəti artıq bəllidir. Azərbaycan futbolu tarixində ilkə imza ataraq ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanan «Qarabağ»ın da səbəti müəyyənləşib. Ağdam klubu sonuncu - 4-cü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, 1-ci, 2-ci və 3-cü səbətlərin hər birindən bir komanda Azərbaycan komandasının ehtimal olunan rəqibləridir.

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 24-də təşkil olunacaq.

Beləliklə, Çempionlar Liqasının qrup mərhələsinin səbətləri


1-ci səbət

«Real»

«Bavariya»

«Çelsi»

«Yuventus»

«Benfika»

«Monako»

«Spartak» (Moskva)

«Şaxtyor»

 

2-ci səbət

«Barselona»

«Atletiko»

PSJ

«Borussiya» (Dortmund)

«Sevilya»

«Mançester Siti»

«Porto»

«Mançester Yunayted»

 

3-cü səbət

«Napoli»

«Tottenhem»

«Bazel»

«Olimpiakos»

«Anderlext»

«Roma»

«Beşiktaş»

«Liverpul»

 

4-cü səbət

«Seltik»

«QARABAĞ»

«Sportinq»

ÇSKA (Moskva)

«Feyenoord»

«Maribor»

«Leypsiq»

APOEL