vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
13:51 | 28 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qurbanova heykəl qoyulacaq»

Avropada «Qarabağ» haqqında yazıları Almaniya nəşri davam etdirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Xarici kütləvi informasiya vasitələri builki Çempionlar Liqasının əsas sensasiyası – Azərbaycanın «Qarabağ» klubunun qrup mərhələsinə vəsiqə qazanması barədə yazılarını davam etdirirlər.

Virtualaz.org xəbər verir ki, Almaniyanın Fussball.com futbol portalı «Qarabağ», komandanın təmsil etdiyi Ağdam şəhəri və Azərbaycanın bu bölgəsinin işğalı barədə qeydlərindən sonra yazıb: «Çempionlar Liqasında autsayder roluna baxmayaraq, komandanı qiymətləndirməmək olmaz. Əvvəllər Xixon «Sportinq»ində cə «Xetafe»də oynamış Miçel «Qarabağ»ın pleymeykeridir. Ona naturallaşdırılmış braziliyalı Riçard Almeyda və əla oyunçu sayılan haitili Donald Gerye dəstək verirlər. Hücumçu Dino Ndlovu rəqibin müdafiəsini qorxu altında saxlayır.

Klubun təcrübəli məşqçisi də var – Qurban Qurbanov. O, «Qarabağ»a 2008-ci ildən rəhbərlik edir və 2014-cü ildə komandanı çempionluğa gətirib. Onun rəhbərliyi altında «Qarabağ» Azərbaycanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ikinci, həmin mərhələdə qələbə əldə etmiş birinci komandası olub. Qurbanov Çempionlar Liqasında qələbə qazana bilsə, ona heykəl qoyula bilər. «C» qrupunda azərbaycanlılar İngiltərə çempionu «Çelsi», həmçinin «Roma» və «Atletiko»nun öhdəsindən gəlməyə çalışacaqlar».