vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
17:05 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizim yaralı yerimizdir»

Qurban Qurbanov: «Mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında «Çelsi»yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib. VAXT.AZ apasport.az-a istinadən xəbər verir ki, britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.


- Çempionlar Liqasında və Azərbaycan Premyer Liqasında hədəfiniz nədir?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da bacardıq.


- 2008-ci ildən «Qarabağ»ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandanı böyük uğura daşıdınız...

- Dəyərli suala görə çox sağ olun. «Qarabağ»ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdir. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.


- «Qarabağ»ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdir?

- Bu, bizim üçün böyük uğurdur. Çempionlar Liqasının qrupuna düşmək vəzifəsinin öhdəsindən gəldik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.


- «Qarabağ» azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?

- Yəqin ki, bu komandanın tarixini bilirlər, «Qarabağ» adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, «Qarabağ»da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *