vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
19:06 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uduzsan da bizi utandırmadın «Qarabağ!»

Bilirsiniz mən nəyə sevindim?

Fazil MUSTAFA,
Milli Məclisin üzvü

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbola görə niyə məyis olursunuz? Normal hakimlər oyunun başlarında belə epizodlarda qırmızı kart vermirlər. Cərimə verməkdə haqlı idi, uzağı sarı kart verərək oyunun normal seyrini təmin etməli idi.

Oyun sındırıldıqdan sonra onsuz da uduzan komandaya bəsit bir əngəlləməyə görə ikinci 11 metrlik cərimə zərbəsi belə asanlıqla verilmir. Burada ədalətsizlikdən söhbət getmir, hakimin əvvəlcədən nəzərdə tutduğunu həyata keçirməsindən, yəni planlı hərəkətindən söhbət gedir. Futbolda bunlar olur.

Bilirsiniz mən nəyə sevindim? Komandamızın sona qədər sistemi pozulmadı, son üç oyunu azlıqda oynayır, ancaq mübariz xarakteri dəyişmir. Qurban Qurbanova Azərbaycan adına ancaq təşəkkür düşür. Son dörd oyunda meydanda məzlum komanda olmadı, hakimə rəğmən dirəniş göstərən, rəqiblə baş-başa oyun oynayan, rəqibin avtoritetindən çəkinməyən bir komanda vardı...

Ən xoşuma gələn də oyunçuların emosional davranış göstərməməsi idi. Qərəzli hakimə qarşı hansısa sərt hərəkətə görə komandaya cərimə yükü gətirmədilər. Bu komandaya güvənim zərrə qədər də azalmadı. Uduzsa da, bizi utandırmadı «Qarabağ!»