vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
21:42 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 2924 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ailədə ilk uşaq həyəcanı

Yeni doğulan körpə üçün lazım olan haqda hər şey

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşağın həyatında ən vacib rol ilk əvvəl analara məxsusdur. Hamiləlik - körpənin ilk ürək döyüntüləri, körpənin bətndə hərəkət etməsinin bəxş etdiyi xoşbəxt bir dövrdür. Yaxşı ana ola bilmək narahatlığını hər bir ana yaşayır, xüsusən də gənc yaşda olan analar. Amma narahat olmağa dəyməz, bu məsələdə böyüklərin köməyinə arxalana bilərsiniz. İlk dəfə ana olanların bir çox suallarının cavabları kitablarda olsa da, böyüklərin və uşağın inkişafına nəzarət edən həkimin köməyinə hər zaman ehtiyac var.

Doğumdan sonrakı 2-3 gün yeni analar üçün həm fiziki baxımdan, həm də mənəvi baxımdan olduqca ağır bir dövrdür. Xəstəxanadan evə qayıdan analar sevinc, xoşbəxtliklə birlikdə qorxu, qayğı, çarəsizlik, narahatlıq, nə edəcəyini bilməmək kimi hisslər yaşayırlar. Əgər hamiləlik istənmədən baş veribsə, ailə həyatında bəzi problemlər varsa, körpə bətndə olarkən və ya doğuş zamanı problem yaşanıbsa, anaya kömək edəcək insanlar azdırsa, o zaman işlər bir az çətinləşir. Körpə hər ağladığında ananın həyəcanı artır: «Niyə ağlayır görəsən?», «Onu necə sakitləşdirə bilərəm?», «Görəsən yaxşı ana ola biləcəmmi?» kimi suallar onu narahat etməyə başlayır. Bəzən də «Bundan sonra həyatım necə olacaq?», «Özümə heç vaxt ayıra bilmirəm!» kimi problemlər yaşamağa başlayırlar.
Yeni anaların fikirləri çox qarışıq olur, tez-tez gözləri dolur, halsız və yorğun olur, fikirlərini bir yerə cəmləyə bilmirlər, bədənlərində hər bir nöqtənin ağrıdığını hiss edərlər. Bəzən uşaq üçün çox narahat olur, bəzən də baş götürüb qaçmaq istəyirlər.
Bu kimi halların yaşanması olduqca normaldır. Hormonal, bir az genetik, bir az da psixoloji səbəblər belə halların yaşanmasına gətirib çıxarır. Bir həftə-10 gün içərisində ana körpəyə, yeni ailə vəziyyətinə uyğunlaşmağa başlayır, necə davranmalı olduğunu yavaş-yavaş öyrənir. Yeni anaların ilk dövrlərdə yaxınlarından alacaqları dəstək çox əhəmiyyətlidir. Özünü çarəsiz və bacarıqsız hiss edən yeni analar yaxınlarından arzuladıqları dəstəyi almadıqda həmin hisslər dərinləşərək depressiyaya gətirib çıxara bilər. Hamiləliyi çətin keçən, düşük təhlükəsi yaşayan və ya çətinliklə hamilə qalan analar sahib olduqları körpələrini hər an itirə biləcəklərini düşünərək hədsiz narahat, qayğılı, təlaşlı olurlar. Doğuşa yaxın dövrdə və ya doğuşdan sonra bəzi problemlər - işdən çıxma, pul itirmə, yaxınlarının xəstəliyi və s. kimi hallar yaşayan analar daha çox depressiyaya meylli olurlar. Belə analar çox çətin bir dövr keçirir, ürəyi heç nə eləmək istəməz, hətta uşağına baxmaq belə ona çətin gələr və buna görə də özünü günahkar hiss edər. Çox iştahasız olur, körpəsinə süd verdiyi halda arıqlayır, yuxusu ərşə çəkilir, yaxşı ana ola bilməyəcəyini düşünərək ümidsizliyə qapılır, hətta körpəsini artıq istəmədiyi və ondan bezdiyi vaxtlar da olur.

Yeni analara məsləhətlər:

  • Körpəni 6 ay mütləq ana südü ilə əmizdirmək lazımdır.
  • Əmizdirməmişdən əvvəl körpənin əllərini yuyun.
  • Körpəni gün ərzində orta hesabla 8 dəfə əmizdirin, gecələri isə 3 dəfə kifayətdir. Yeni doğulan körpələrin tez-tez əmizdirilməsi həm ana südünün davamlılığı, həm də körpədə yarana biləcək sarılığı - qan şəkəri düşüklüyünün qarşısını almaq baxımından faydalıdır.
  • Əmdirərkən 3-4 dəqiqə ara verib körpənin kürəyini yumşaq hərəkətlərlə masaj etmək lazımdır ki, qazı çıxsın. Hər qidalanmadan sonra körpənin qazı çıxarılmalıdır.
  • Qarnı doyan körpənin biraz qaytarması normaldır, ancaq fışqırır tərzdə və yaşıl rəngdə qaytararsa həkimə müraciət edilməlidir.
  • Körpəni ilk 4-6 ay arxası üstə yatızdırın. Son illərdə aparılan araşdırmalar üzüüstə yatmaqla ani uşaq ölümü sindromu arasında əlaqə olduğunu sübut edib.
  • Yeni doğulmuş körpə gün ərzində orta hesabla 6 dəfə altını isladar, bişməcə olmaması üçün bezini tez-tez dəyişmək məsləhətdir.
  • Bişməcə olduqda münasib krem istifadə etmək olar.
  • Təkcə ana südü ilə qidalandığı üçün körpələrin nəcisləri sarıdan yaşıla qədər dəyişə bilər.
    Altlarını birinci ayında ancaq su və pambıqla təmizləmək lazımdır, nəm salfetlərdən qətiyyən istifadə edilməməlidir, çünki körpənin həssas dərisini aşındıra bilər. Yalnız  1-ci ayından sonra tərkibində qatqı maddələri və parfümü olmayan yaş salfetlərdən istifadə etmək olar.
    Qız uşaqlarının altını təmizlərkən diqqətli olmaq, yalnız öndən arxaya doğru bir hərəkətlə təmizləmək lazımdır.
  • İlk ayında körpədə gün ərzində 6-8 dəfə defekasiya aktı müşahidə edilə bilir.
  • Körpənin göbəyi və onun ətrafı təmiz və quru olmalıdır. Gündə 2-3 dəfə göbəyi spirtli pambıqla silin.
  • Körpənin otağında orta temperatur 22-24°C olmalıdır, otağın havası tez-tez dəyişdirilməlidir. Yaxşı havada körpə ilə gəzintiyə çıxmaq həm ananın, həm də körpənin rahat yatması üçün çox əhəmiyyətlidir.
  • Əl və ayaqlarını sərbəst hərəkət etdirməsi üçün onu rahat geydirin.
  • Körpənin dırnaqları uzanan kimi kəsin, yoxsa üz-gözünü cıza bilər.
  • Körpəni həftədə 2 dəfə çimizdirin. Onu tox qarına çimızdirməyin, əks halda qusmasına səbəb ola bilərsiniz.
  • Körpənin ağzını, çənəsini və genital hissələrini tez-tez nəm, sabunsuz, yumşaq bezlə silin.
  • Körpəni Teader çayının vannalarında çimizdirmək lazımdır.
  • Körpəniz hıçqırırsa, qısa müddət əmizdirildikdə bu refleks keçib gedir.

Necə ki, yeni anaların fikirləri qarışıq olur, eləcə də ilk dəfə ata olanların beyinlərində cavabını axtardıqları çoxlu sualları olur. Bütün ataları «Yaxşı ata ola biləcəmmi?» kimi fikirlər narahat edir. Yaxşı ata olmağın şərtsiz sevməkdən başqa qaydası yoxdur, amma bəzi məsləhətləri diqqətə almaqda da fayda var.
Çox vaxt uşağı böyütmək daha çox ananın işidir kimi qəbul olunur, amma əslində ən az ana qədər ata da uşağın həyatında boşluğu doldurula bilmiyəcək yerə sahibdir. Ata uşağı ilə sağlam münasibət qura bildikdə onun bir şəxsiyyət kimi inkişafında müsbət keyfiyyətlər aşılayır. Ona görə də ataların «hiss elətdirmədən sevmək» vərdişindən əl çəkməkləri lazımdır.
Heç də bütün kişilər ata olmaqla çiyinlərinə düşən yükü dərk etmir, axı hər bir ata qəlbinin dərinliyində bir az uşaqdır. Məlumdur ki, kişilər öz hisslərini, həyəcanlarını bölüşməyə meylli deyillər. Ata ilə uşaq arasında emosional əlaqənin olmaması qadın və kişinin uşağa münasibətindəki fərqlə izah oluna bilər, bunu isə çox zaman qadınlar səhv olaraq soyuqluq və laqeydlik kimi başa düşürlər.
Körpələr dünyanı və valideynlərini ilk növbədə bədən hissiyatı ilə dərk edirlər. Ona görə də onun üçün atanın fiziki yaxınlığı olduqca vacibdir. Əgər körpə atanın əllərini, bədənini, hərəkətlərini, nəfəsini bilməsə, hiss etməsə, onda o, göz və sözləri ilə ünsiyyət qurmağa başlayanda atasını tamamilə yad adam kimi görəcək. İdeal vəziyyətdə valideynlər iki ayrı dünyaları təmsil edirlər. Ana uşaqlığı - bütün arzuların gerçəkləşdiyi, heç nə tələb olunmayan və hər zaman kömək edilən, başa düşülən rahat və isti dünyanı təmsil edir, ata isə böyüklərin dünyasını - harda ki, hər kəs öz hərəkətlərinə görə cavabdehlik daşıyır, harda ki qeyri-müəyyənlik, risk və uğur var.
Atalar körpələrinə baxdıqda «O, necə də balaca və zəifdir», «Tez böyüsəydi» deyə fikirləşirlər və onu qucağa almaq, sakitləşdirməkdən çəkinərlər. Onlar çox vaxt ana ilə körpəsinin bir-biri ilə necə münasibət qurduğunu kənardan izləyərək özlərini bu münasibətin xaricində hiss edərlər. Bu məsələdə gərək analar atalara yardımçı olsunlar, onda hər şey yaxşı alınır və o, dünyanın ən yaxşı atasıdır deyərək onu həvəsləndirsinlər, və qətiyyən ataları hansısa ehtiyatsız hərəkətinə görə danlamasınlar. Atalar hiss edəndə ki, ona etibar edirlər, onda körpələri ilə münasibət qurmaq daha rahat olur. Artıq 3 aylığında körpə özünün ilk oyunlarını başa düşməyə başlayır. Bu məsələdə lider mövqeni ataya vermək olar. Həmin vaxtlar körpənin ən sevimli əyləncəsi atanın güclü qolları üzərində səyahətə çıxmaqdır: təyyarə kimi uçmaq, yelləncəkdəki kimi yellənmək və s.