vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
21:38 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 1095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rejimin əleyhinə olanlara qadağa

Güney Azərbaycanda seçkilər ərəfəsində internet saytları bağlanılır

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda 10-cu parlament seçkiləri ərəfəsində kütləvi informasiya vasitələrinə təzyiqlər artıb. Güney Azərbaycan Vilayətlərində internet saytlarının fəaliyyəti isə xüsusi nəzarətə alınıb.

Məlumata görə, Ədliyyə Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin sədr müavini internet saytlarının fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

Pərviz Əlizadə yanvarın 30-da «seçkilər və kütləvi informasiya vasitələri» iclasında qanunsuz fəaliyyət göstərən sayt və bloqlarla bağlı bildirib ki, Qərbi Azərbaycan Vilayətində bütün qanunsuz fəaliyyət göstərən saytlar kəşf olunub və bağlanılacaq. O bəyan edib ki, «bəzi suç işləri ümumi xarakter daşıyır və kütləvi informasiya vasitələrinin fəaliyyətləri ilə bağlı sənəd əldə etmək çətin olmadığı üçün, onlara qarşı dosye təşkil etmək və lazımi tədbirlər almaq mümkündür».

O əlavə edib ki, seçkilər ərəfəsində rəsmi saytlar və bloqlarda sistemin əleyhinə məlumat yaymaq, seçkilərin legitimliyini sual altına almaq, etiraz və yığıncaqların keçirilməsi ilə bağlı yalan xəbər yaymaq, namizədlərin təhqir edilməsi və s. kimi mövzular qanun pozuntusu hesab olunur.

Qeyd edək ki, xəbər verdiyimiz kimi, ötən günlərdə İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsinin rəisi Hikmətəli Müzəffəri bu vilayətdə 25 saytın bağlandığı ilə bağlı məlumat vermişdir.