vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
14:17 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 1486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya NATO sammitinin İstanbulda keçirilməsinə qarşıdır?

Rəsmi Berlin düşünür ki, bu Türkiyənin hazırkı siyasəti ilə razılaşmaq təəssüratı yaradacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Telegraph» qəzeti yazır ki, bəzi məlumatlara görə Almaniya, Fransa, Hollandiya və Danımarka NATO-nun gələn ilə nəzərdə tutulmuş sammitinin Türkiyədə keçirilməsini bloklamağa çalışır.

Almaniyada çıxan «Die Welt» qəzeti xəbər verir ki, Avropa İttifaqının 18 ölkəsi və Kanada sammitin İstanbulda keçirilməsinin qarşısını almaq barədə razılığa gəliblər.

Bəzi məlumatlara görə Türkiyə alyansın 2016-cı ildə Varşavada keçirilmiş sammitində 2018-ci il üçün nəzərdə tutulmuş növbəti zirvə toplantısının İstanbulda keçirilməsini təklif edibmiş. Lakin qəzetin yazdığına görə, NATO ölkələri qəti qərarın daha sonra qəbul ediləcəyi barədə razılığa gəliblər.

NATO ölkələrinin müdafiə nazirləri zirvə toplantısının yeri barədə qərarı iyunda keçiriləcək görüşlərində qəbul etməlidirlər.

«Die Welt» yazır ki, hazırda əksər alyans üzvləri toplantının Brüsseldə, NATO-nun yeni qərargahında keçirilməsinə meyllidirlər.

Qəzetin məlumatına görə, «NATO rəsmiləri istəmirlər ki, alyansın Türkiyənin hazırkı daxili siyasətini qəbul etdiyi kimi bir təsəvvür yaransın».

Bununla belə, NATO-nun sözçüsü Piers Kazalet (Piers Cazalet) deyib ki, 2018-ci il sammitinin yeri barədə qərar hələ qəbul edilməyib.

Sözçü deyib ki, Türkiyə alyansın növbəti sammitlərindən birinin İstanbulda keçirilməsini təklif edib, lakin Brüssel variantı da nəzərdən keçirilir.

Qərb mediası yazır ki, bu xəbər NATO-nun iki üzvü - Türkiyə və Almaniya arasındakı gərginlik və incikliyin davam etdiyini göstərir.

May ayının əvvəllərində Türkiyə Almaniya millət vəkillərinin İncirlik bazasında xidmət edən alman hərbçilərə baş çəkməsinə icazə verməmişdi.

Ankara bildirirdi ki, bu, Almaniyanın Türkiyədə baş tutmamış çevriliş cəhdində şübhəli bilinən türk hərbçiləri Türkiyəyə ekstradisiya etməkdən boyun qaçırmasına cavab addımıdır.

Bunun ardınca Almaniya bəyan edib ki, Türkiyədəki alman kontingentinin bu regionda başqa bir bazaya keçirilməsi məsələsinə baxılır. Variantlar kimi İordaniya, Küveyt və ya Kiprdəki hərbi bazaların adı çəkilirdi.

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəzərinə çatdırıb ki, Bundestaqdakı millət vəkillərinin xaricdəki alman hərbi kontingentlərinə baş çəkməsi imkanı müzakirə mövzusu ola bilməz.

Almaniya Konstitusiyasına görə ordu parlamentə tabedir.

«The Telegraph» yazır ki, Almaniya parlamenti Türkiyədəki hərbi kontingentin başqa ölkəyə keçirilməsi barədə qərar qəbul edilməsini hələlik təxirə salıb.

Hazırda Türkiyədəki İncirlik hərbi hava bazasında 250 alman hərbçi xidmət edir. Onlar İslam Dövləti adlandırılan təşkilata qarşı döyüşən ABŞ koalisiyasının tərkibindədirlər.