vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
12:47 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Adams araşdırması böyüyür

6 ölkə diqqət mərkəzindədir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da Nyu-York meri Erik Adamsa qarşı aparılan istintaqın Türkiyədən başqa daha 5 ölkəni əhatə etdiyi məlum olub. “New York Times” qəzeti (NYT) yazır ki, Adamsa qarşı aparılan təhqiqat çərçivəsində böyük münsiflər heyəti iyul ayında Nyu-York Bələdiyyəsinə, merə və onun kampaniya rəsmilərinə çağırış vərəqələri göndərib.

Kimliklərinin açıqlanmasını istəməyən mənbələrə əsaslanan xəbərdə iddia olunur ki, bu çağırış vərəqələrində İsrail, Çin, Qətər, Cənubi Koreya və Özbəkistan, eləcə də Türkiyə haqqında məlumat tələb olunub.

Bildirilir ki, çağırış vərəqələri Nyu-York Polis İdarəsinin xarici ölkələrdəki konsulluqların ətrafına yerləşdirdiyi təhlükəsizlik kabinələri ilə yanaşı, Adamsın şifrəli mesajlaşma tətbiqi “Signal”dan istifadə etməsi ilə bağlı məlumat tələb edib.

Həmçinin bildirilir ki, Adamsın 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən futbol üzrə dünya çempionatında iştirakı yoxlanılır. Bundan əlavə, Türk Hava Yollarının (THY) Adamsa təqdim etdiyi pulsuz uçuş imkanları da diqqət mərkəzindədir.

NYT xəbər verir ki, prokurorların niyə bu ölkələrə diqqət yetirdiyi və ya Adamsın bu ölkələrlə hər hansı əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.

Bildirilir ki, çağırış vərəqələrində Adamsın “yaxşı dost” kimi təsvir etdiyi Türkiyənin Nyu Yorkdakı baş konsulu Reyhan Özgürlə bağlı əlavə məlumat da tələb olunub.

Prokurorların haqqında məlumat istədiyi digər şəxs isə jurnalist Arda Sayınerdir. NYT yazır ki, Adams Sayınerlə 2014-2021-ci illərdə Bruklin bölgəsinin meneceri olduğu zaman tanış olub.

Xəbərdə Sayınerin ötən il “Hürriyyət”də dərc etdiyi məqalədə “Nyu-York Bələdiyyə Başçısı Erik Adamsı 10 ilə yaxındır tanıyıram” dediyi xatırladılır. NYT xəbər verir ki, Sayıner şərh tələblərinə cavab verməyib.

Noyabrın 2-də FTB Adamsın seçki kampaniyasına ianələrdən məsul olan Brianna Saqs, THY-nin keçmiş icraçı direktoru Cenk Öcal və Adamsın komandasının üzvü Rəna Abbasovanın evlərinə basqın edib. NYT yazıb ki, 2015-ci ilin sentyabrından 2022-ci ilin fevralına qədər THY-nin Nyu-Yorkdakı ofisinin baş meneceri vəzifəsində çalışan Öcal da seçki kampaniyası zamanı Adamsın keçid komandasına daxil edilib.

FTB noyabrın 6-da Adamsın Türkiyə vətəndaşlarından qeyri-qanuni ianə toplaması səbəbi ilə onun üç mobil telefonu və iki planşetini ələ keçirib. İstintaq Adamsın 2021-ci il seçki kampaniyası zamanı saxta donorlar vasitəsilə Türkiyə hökumətindən və ABŞ-dakı türk şirkətlərindən pul alıb-almadığını araşdırır.

Adams noyabrın 8-də verdiyi açıqlamada 2014-2021-ci illər ərzində bir neçə dəfə Türkiyəyə getdiyini və investisiya cəlb etmək üçün iş adamları ilə görüşdüyünü bildirib. Demokrat siyasətçi qatıldığı xeyriyyə süfrələrinin birində prezident Rəcəb Tayyib Ərdoğanla danışdığını da bildirib.

ABŞ-ın aparıcı qəzetlərindən biri olan “New York Post” noyabrın 11-də verdiyi xəbərdə FTB-nin Adamsın Türkiyə tərəfindən Manhettendə tikdirdiyi Türk Evinin açılışını sürətləndirməyə çalışdığına işarə edən yazışmaları aşkarladığını yazıb. Adamsın yanğınsöndürmə işçilərinə təzyiq göstərdiyi iddia edilir.

İddiaya görə, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür 5 sentyabr 2021-ci ildə Adamsa mesaj göndərərək Türk Evinin tikintisinin başa çatdığını, lakin onun açılması üçün yanğınsöndürmə idarəsindən istifadə icazəsi tələb olunduğunu bildirib. Adams daha sonra o vaxt Nyu-York Yanğın Departamentinin rəhbəri Daniel Niqro ilə əlaqə saxlayıb və Niqro lisenziyanın sentyabrın 13-də hazır olacağını bildirib.

36 mərtəbəli Türk Evi 21 sentyabr 2021-ci ildə açılıb və Adams 2021-ci ilin dekabrında keçirilən seçkilərdə qalib gəlib və 1 yanvar 2022-ci ildə Nyu-York Bələdiyyə Başçısı vəzifəsinə başlayıb.