
Nyu-Yorka iki şok birdən
Dünyanın ən böyük meqapolisini silkələyən hücumdan sonra şəhərin “terrorla mübarizə” fondu da kəsilib
Dünyanın ən böyük meqapolisini silkələyən hücumdan sonra şəhərin “terrorla mübarizə” fondu da kəsilib
İntihar məktubu ilə gələn terror – Amerikan futbolu yoxsa sistem faciəsi
Göydələnə silahlı basqın; 1-i polis olmaqla 4 nəfəri öldürən silahlı şəxs 33-cü mərtəbədə intihar etdi
Tramp üçün 3 gizli bunker hazırdır
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Problem getdikcə sürətlənəcək
Dünyanın varlıları hansı şəhərdə yaşayır?
Burada hər 24 nəfərdən biri milyonçudur
FED-in istehsal indeksi mart ayında gözləntilərin altına düşüb
Nyu-Yorkda ağac az qala səkidə yeriyən 3 nəfərin üzərinə aşacaqdı
6 ölkə diqqət mərkəzindədir
Nyu-Yorkda 11 sentyabr hücumunun qurbanlarının anım mərasimi keçirilib
Keti Hoçulun keçmiş müşaviri Pekin xeyrinə işləməkdə ittiham olunur
Keşişin “məscidə çevirəcəklər” iddiası sosial mediada çaşqınlıq yaradıb
Qərb bir əli ilə terror törədir, digər biri əli “göz yaşını” silir
Sakinlərindən milyon nəfərinin tək yaşadığı Nyu York iki il ərzində tənhalıq eksperimentinə çevrilib
Nyu-Yorkdakı rəsmilərə görə, 11 Sentyabr terror hücumlarının üç qurbanının kimliyi daha müəyyən edilib.
Nyu-Yorkun “Floral Park” bölgəsindən Rayan Fitzcerald və Kaliforniyanın “Palm Springs” şəhərindən Barbara Kitinqin adları avqustun 7-də açıqlanıb. Nyu-York meri Erik Adams və şəhərin baş məhkəmə tibb işçisi Ceyson Qrahama görə üçüncü qurbanın da kimliyi müəyyən edilib, lakin ailəsinin istəyi ilə adı gizli saxlanılır.
72 yaşındakı Kitinq, Dünya Ticarət Mərkəzinə çarpan sərnişin təyyarələrindən birində idi. NPR-a görə, 26 yaşındakı Fitzcerald isə Dünya Ticarət Mərkəzində bir şirkətdə çalışan tacir idi.
Qraham mətbuat konfransında DNA analizlərindəki inkişaflar və qurbanların ailələrinin yardımı sayəsində kimlik təyin edilməsinin mümkün olduğunu bildirib.
“Dünya Ticarət Mərkəzindəki faciədən təxminən 25 il sonra, itkin düşənlərin kimliyini müəyyən edib onları sevdiklərinə çatdırmaq öhdəliyimiz hər zamanki kimi güclü şəkildə davam edir”, – Qraham deyib.
Rəsmilərə görə, Kitinqin qalıqları 2001-ci ildə, Fitzceraldın isə 2002-ci ildə tapılmışdı. Kimliyi yeni müəyyən edilmiş üç qurban, hücumların müəyyən edilmiş 1651-ci, 1652-ci və 1653-cü qurbanlarını təmsil edir.
Qurbanların kimliyi qalıqları sayəsində yeni müəyyən edilsə də yaxınları onların 2001-ci il terror hücumları zamanı öldüyünü bilirdilər. Kitinq və Fitzceraldın adları Nyu-Yorkdakı “11 Sentyabr” abidəsində yer alır.
Barbara Kitinqin oğlu Paul şəhərin apardığı işi “təəccüblü” adlandırır. NPR-a danışan Paul, “Bunu bizim üçün edirlər. Sanki sahiblənmişlər kimi davranırlar”, – deyib.
O bildirib ki, 11 Sentyabr hücumlarında sevdiyi birini itirməyin ağrısı 20 ildən çoxdur ki, onun və ailəsinin həyatının dəyişməz bir hissəsi olub.
“İllərdir [11 Sentyabr] həyatımızın bir hissəsi olmayan bir gün belə keçməyib, başqa seçimimiz yox idi. Ailəmizin hər kəsinə təsir edib. İki oğlum da həqiqətən təsirləndi. Demək olar ki, 7 və 4 yaşındaydılar. Bir gün oyandılar və nənələri ölmüşdü, onu pis adamlar öldürmüşdü. Anam onların başına belə bir şey gəlməsini istəməzdı”, – Paul deyib.
Baş məhkəmə tibb işçisinə görə, qalıqları hələ müəyyən edilməmiş təxminən 1100 11 Sentyabr terroru qurbanı var.
“Hər yeni kimlik təyini elmin vədini və keçən zamana baxmayaraq ailələrə davamlı olaraq çatma imkanının mövcud olduğunu sübut edir. Bu işi itkinlərimizi şərəfləndirməyin bir yolu kimi davam etdiririk”, – deyə Qraham bildirib.
11 Sentyabr terror hücumlarında 2 977 nəfər həyatını itirib. Bu ölümlərin 2 753-ü Nyu-Yorkda baş verib. “American Airlines”ın 77 saylı təyyarəsi “Pentagon”a çarpdıqda 184 nəfər daha həlak olub, “United Airlines”ın 93 saylı təyyarəsinin sərnişinləri isə qaçıranlarla mübarizə aparıb və təyyarə Pensilvaniyanın “Shanksville” yaxınlığında torpaq sahəsinə düşdüyü üçün 44 nəfər ölüb.