
Trampdan Çikaqo təhdidi
“Deportasiya qoxusunu sevirəm”
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
5 ölü
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
11 Sentyabr hücumlarında həyatını itirən daha üç nəfərin kimliyi müəyyən edildi
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pakistanın iki əyalətində silsilə terror hücumları
ABŞ-ın Nyu-York şəhərində polis əməkdaşı daxil olmaqla 5 nəfərin həyatına son qoyan silahlı hücumun təsiri hələ də davam edir. Hadisədən sonra şəhərin “terrorla mübarizə” üçün ayrılan vəsaitində kəskin azalma baş verib.
27 yaşlı şübhəli şəxs Manhettendəki bir göydələnin içərisinə silahla girərək 4 şəxsi qətlə yetirib, özü isə hadisə yerində intihar edib. Polis əməkdaşı da daxil olmaqla ümumilikdə 5 nəfər bu faciədə dünyasını dəyişib.
“The Guardian”ın xəbərinə görə, hadisədən sonra Nyu-Yorkun təhlükəsizlik fondu 64 milyon dollar azaldılıb. Bu barədə Federal Fövqəladə Hallar İdarəsi (FEMA) məlumat yayıb.
“Terrorla mübarizə” fondu nədir?
FEMA tərəfindən idarə olunan bu fondun məqsədi, yüksək risk altında olan böyük şəhərləri terror hücumlarına qarşı hazırlamaq və qorumaqdır. Bu vəsaitlə şəhərlərdə kameralar, izləmə sistemləri, polis və təcili yardım qruplarının təlimləri maliyyələşdirilir, həmçinin regional koordinasiya və məlumat mübadiləsi dəstəklənir.
Nyu-York Polis İdarəsi (NYPD) bu fond vasitəsilə avtomobil nişanı oxuma sistemləri və digər mühafizə texnologiyalarını alır.
Fonddakı kəskin azalmanın səbəbi naməlumdur
Tramp administrasiyası kəsintinin “nisbi terror riski analizinə” əsaslandığını bildirib. Bu analizdə şəhərin əhali sıxlığı, xarici sərhədlərə yaxınlığı, turist sayısı və təhlükə səviyyəsi kimi meyarlar nəzərə alınır.
Lakin 2025-ci ilin detallı qiymətləndirilməsi hələ açıqlanmayıb və böyük məbləğdəki bu kəsintinin səbəbi qeyri-müəyyəndir.
Nyu-York Əyalətinin Fövqəladə Hallar və Təhlükəsizlik İdarəsinin sözçüsü qərarı təhlükənin artdığı bir vaxtda fonun azaldılmasının məntiqsiz olduğunu vurğulayıb və heç bir əsaslandırma təqdim edilməyini bildirib.
“Reuters” agentliyi isə ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noemin mövzu ilə bağlı sualları cavablandırmadığını qeyd edib.
***
Nyu-Yorkda dekabr 2024-cü ildə baş verən başqa bir silahlı hücumda da ABŞ-ın aparıcı səhiyyə sığorta şirkəti “UnitedHealthcare”in CEO-su Brayan Tompsun həlak olması şəhərdə təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirmişdi.
Nyu-York şəhərinin terror təhlükəsinə qarşı ayrılan vəsaitlərin kəskin azalması, həm şəhər rəhbərliyi, həm də ictimaiyyət tərəfindən narahatlıqla qarşılanır. Gərginliyin artdığı və təhlükəsizlik tədbirlərinə daha çox ehtiyacın olduğu bir vaxtda belə maliyyə kəsintisi, önləyici tədbirlərin zəifləməsi və potensial risklərin artması ilə nəticələnə bilər.
FEMA-nın risk dəyərləndirməsində şəffaflığın olmaması, vəsait bölgüsündəki ədalətsizliyin göstəricisi kimi qəbul edilir. Bu isə təhlükəsizlik sisteminə olan etimadı sarsıda bilər. Əlavə olaraq, terror riski ilə bağlı hələ açıqlanmayan məlumatlar ciddi suallar doğurur.