
Üçüncü cəbhə ...
... Sakit Okeanın astanasında yaranır
... Sakit Okeanın astanasında yaranır
Nyu-Yorkda 11 sentyabr hücumunun qurbanlarının anım mərasimi keçirilib
Heç vaxt bu qədər yaxın olmayan böyük savaş harada alovlanacaq?
«Hollivud yaradır belə şeyləri»
«III Dünya Müharibəsinə lap az qaldı, ...»
«III Dünya Müharibəsinə lap az qaldı, ...»
«III Dünya Müharibəsinə lap az qaldı, ...»
ABŞ-ın “Qiyamət günü” planı nüvə müharibəsi zamanı prezidentin sağ qalmasını və ölkəni yeraltından idarə etməyi nəzərdə tutur. Daha əvvəl 11 sentyabr hücumları zamanı işə salınan plan, mümkün Üçüncü Dünya müharibəsi üçün yenidən gündəmə gəlib.
ABŞ prezidenti Donald Tramp nüvə müharibəsi baş verəcəyi təqdirdə ölkəsinin gizli bazalarından birinə qaçmağa məcbur ola bilər. “Qiyamət günü” planı ABŞ hökumətinin belə bir ssenariyə hazır olduğunu ortaya qoyur.
İran və ya başqa bir nüvə dövləti ilə fəlakətli müharibə baş verərsə, ABŞ-ın “Əməliyyatların Davamlılığı Planı” (COOP) adlı strategiyası işə düşür.
Bu plan, böyük şəhərlər kütləvi qırğın silahı ilə məhv edilsə belə, milli müdafiə, iqtisadi sabitlik və ictimai təhlükəsizlik kimi mühüm dövlət funksiyalarının davam etdirilməsini təmin etmək məqsədi daşıyır.
***
Genişmiqyaslı müharibə zamanı prezident və liderlərin qaça biləcəyi üç əsas sığınacaq var:
“Mount Weather” Fövqəladə Əməliyyatlar Mərkəzi (Virciniya): Mülki liderlər üçün tikilmiş yeraltı sığınacaq və hökumətə ictimaiyyətlə əlaqə saxlamağa imkan verən geniş kommunikasiya infrastrukturu.
“Raven Rock Mountain” Kompleksi (Pensilvaniya): Milli fövqəladə hallar zamanı Müdafiə Nazirliyinin hərbi komandanlıq mərkəzi kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur.
Çeyen Dağ Kompleksi (Kolorado): Əvvəllər NORAD-ın (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının) qərargahı olan bu yeraltı qurğu hələ də nüvəyə davamlı strukturu ilə NORAD üçün ehtiyat komanda mərkəzi və COOP altında sığınacaq kimi istifadə olunur.
***
Tramp administrasiyası və ya gələcək Ağ Ev administrasiyaları nüvə apokalipsisi təhlükəsinə baxmayaraq, ölkəni Kolorado, Pensilvaniya və Virciniya ştatlarında gücləndirilmiş yeraltı sığınacaqlardan idarə etməyə davam edə bilər.
Bu planın qüvvəyə minəcəyi ilə bağlı son iddialar ABŞ-da bir çox insanı qorxuya salıb. Çünki prezidentin fövqəladə komandanlıq təyyarəsinin ölkə boyu uçduğu görünüb. Uçuş izləyiciləri, xalq arasında “Qiyamət Təyyarəsi” kimi tanınan “Boeing E-4B Nightwatch” təyyarəsini iyunun 17-də uçarkən görüblər.
Cəmi dörd gün sonra ABŞ hərbçiləri Çin və Rusiyanın xəbərdarlıqlarına baxmayaraq İrandakı üç nüvə obyektinə zərbələr endirib. Hücumun dünyanı III Dünya müharibəsinə sürükləyə biləcəyi ilə bağlı narahatlıqlar artdı.
“Qiyamət təyyarəsi”
“Qiyamət Təyyarəsi” böhran zamanı sağ qalan dövlət məmurları üçün uçan komanda mərkəzi rolunu oynayır. Nüvə hücumlarından sağ çıxmaq üçün xüsusi olaraq hazırlanmış təyyarə hərbi əməliyyatların koordinasiyasında əsas rol oynayır.
COOP planı adi vətəndaşların deyil, hökumət liderlərinin sağ qalmasına diqqət yetirir. Plan əsas kadrları köçürməklə, rabitə şəbəkələrini təmin etməklə və həyati əhəmiyyətli qeydləri qorumaqla ölkənin inzibati sisteminin dağılmasının qarşısını almaq məqsədi daşıyır.
Nüvə silahlarının istifadə edildiyi III Dünya Müharibəsi ssenarisində bu plan prezidentin, hərbi rəhbərlərin və digər rəsmilərin təhlükəsiz yerlərdə vəzifələrini davam etdirmələrini təmin edəcək. Bu, liderlik boşluğu yaratmadan ştatlarda xaosun qarşısını ala bilər.
Prezident ölsə nə olacaq?
Plan həmçinin prezidentin, vitse-prezidentin və ya digər yüksək vəzifəli şəxslərin ölümü halında qüvvəyə minəcək aydın varislik zəncirini də əhatə edir. Bu, müharibə zamanı hərbi komandanlıq və fövqəladə hallara reaksiya proseslərinin davamlılığı üçün çox vacibdir.
FEMA-ya (Fövqəladə Halların İdarə Edilməsi Federal Agentliyi) görə, COOP planı “qurumların fövqəladə hallar qarşısında əsas missiyalarını davam etdirmək imkanına malik olmasını” təmin edir. Bu plan təkcə III Dünya müharibəsinə deyil, həm də böyük təbii fəlakət, yeni pandemiya və ya terror hücumu kimi digər böhran vəziyyətlərinə də aiddir.
“Əməliyyatların davamlılığı planı” nədir?
COOP-un əvvəli Soyuq müharibə dövrünə gedib çıxır. O dövrdə Sovet İttifaqı ilə nüvə müharibəsi Amerika xalqı üçün gündəlik qorxu idi.
Prezident Duayt Eyzenhauer 1950-ci illərdə imzaladığı sərəncamlarla bu planın əsasını qoydu. Beləliklə, nüvə hücumlarına davamlı qurğular və rabitə sistemləri hazırlanıb.
Sentyabrın 11-də aktiv idi
2002-ci ildə Konqresin Tədqiqat Xidmətinin (CRS) dərc etdiyi hesabata görə, COOP planı 11 sentyabr hücumlarından sonra qüvvəyə minib və 75-150 məmur təhlükəsiz obyektlərə təxliyə edilib. Bu onu göstərir ki, plan təkcə nəzəri deyil, həm də faktiki olaraq həyata keçirilən mexanizmdir.