Anlaşma düyünü
“Yox” demirlər, amma nəticə də yoxdur
14:26 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 172 dəfə baxılıb
Şriftin ölçüsü
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
1 nəfər mülki vətəndaş həlak oldu
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İsrail və İran arasında atəşkəs qısamüddətli olub. Təl-Əviv rəhbərliyi Tehranın razılaşmanı pozduğunu və növbəti hücuma keçdiyini iddia edib.
İsrail ordusundan verilən açıqlamada İranın atəşkəsi pozaraq raket hücumu təşkil etdiyi iddia edilib.
İranın atəşkəs elanından təxminən 2,5 saat sonra İsrailə raket atdığı iddia edilib.
İsrail Baş Qərargah rəisi Zamir iştirak etdiyi vəziyyətin qiymətləndirilməsi toplantısında "İranın atəşkəsi kobud şəkildə pozmasına sərt cavab verəcəyik", – deyib.
İsrailin müdafiə naziri İsrael Katz da “İrana sərt cavab veriləcəyini və yüksək intensivlikli hərbi əməliyyatların davam etdiriləcəyini”, – açıqlayıb.
Maliyyə naziri Bezalel Smotriç də sosial media hesabında İrandan raket atıldığı iddiaları ilə bağlı paylaşımında “Tehran titrəyəcək”, – yazıb.
İsrail mətbuatının məlumatına görə, İran iki raket atıb və onlar hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Ölən və yaralananların olmadığı bildirilib.
Digər tərəfdən, İran dövlət mediası Tehran hökumətinin atəşkəsi pozması və hücuma keçməsi ilə bağlı iddiaları təkzib edib. Adının açıqlanmasını istəməyən CNN-ə danışan yüksək rütbəli İran rəsmisi də atəşkəsin pozulmadığını iddia edərək deyib: “Əgər İsrail səhv etsə, biz onların işğal etdiyi bütün əraziləri bombalayacağıq”.
Bundan əlavə, Mücahidin-e-Xalq Təşkilatının (MEK) lideri Məryəm Rəcəvi İran xalqını dini lider Əli Xameneyiyə qarşı ayağa qalxmağa çağırıb. Həm İslam İnqilabına, həm də Qərbin dəstəklədiyi monarxiya hakimiyyətinə qarşı çıxan MEK İraq və İran tərəfindən terror təşkilatı kimi tanınır.
Rəcəviyə oxşar çağırışları İsrailin baş naziri Benyamin Netanyahu və İranın devrilmiş şahının oğlu Rza Pəhləvi də ediblər.
Nə oldu?
ABŞ prezidenti Donald Tramp bu səhər İsrail və İran arasında 12 günlük münaqişədən sonra tərəflərin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. İsrail baş nazirliyindən verilən yazılı açıqlamada Trampın elan etdiyi atəşkəsi Tel-Əvivin qəbul etdiyi də açıqlanıb.
Dünən verdiyi açıqlamada Tramp atəşkəsin “əbədi davam edəcəyini” iddia etmişdi.
ABŞ hərbi “B-2” bombardmançılarının İrandakı üç nüvə obyektinə hücumu Yaxın Şərqdə genişmiqyaslı müharibə riski yaratmışdı. Amerika təyyarələri bunker partlayan bombalarla obyektlərə hücum etdi.
İranda Fordo, Natanz və İsfahan nüvə obyektlərinə edilən hücumlardan sonra Tramp bu əsas nöqtələrin "tamamilə məhv edildiyini" iddia edərkən, müxtəlif təhlükəsizlik rəsmiləri, o cümlədən Baş Qərargah rəisi Dan Keyn bölgələrə yalnız "zərər" verildiyini bildirdi.
ABŞ və İsrailin hücumlarından sonra İranın nüvə proqramının nə qədər sürət itirdiyi və ya obyektlərə nə qədər ziyan dəydiyi hələlik bəlli deyil. Tel-Əviv administrasiyası iddia edib ki, bombalanma Tehran nüvə bombası hazırlamaq işini iki-üç il geriyə atıb.
İran ABŞ-ın hücumuna cavab olaraq ABŞ ordusunun Qətərdəki Əl-Udeyd bazasına raket zərbəsi endirib. “The New York Times” (NYT) yazıb ki, Tehran rəhbərliyi hücumdan əvvəl Qətər və Vaşinqtonu məlumatlandırıb. Tramp həmçinin İrana əvvəlcədən xəbərdar etdiyinə görə təşəkkür edib və hücumda can və ya mal itkisinin olmadığını bildirib.