Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:41 | 11 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 453 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ tarixində ən böyük terror aktı kimi qeydə alınan 11 sentyabr 2001-ci il hücumlarının qurbanları 23-cü ildönümündə Nyu-Yorkda təşkil edilən mərasimlə anılıb.
Keçmiş Dünya Ticarət Mərkəzinin yerləşdiyi ərazidə keçirilən mərasimdə ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harris, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, vitse-prezidentliyə namizəd JD Vens, Nyu-York senatoru Çuç Şumer və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq iştirak ediblər.
Mərasim başlamazdan əvvəl 5 noyabr prezident seçkiləri üçün dünən axşam canlı yayımda ilk debatını keçirən Harris və Trampın əl sıxaraq bir-birini salamlaması diqqət çəkib.
Mərasim hücumda həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, həlak olanların adları ucadan oxunub.
***
Sentyabrın 11-də səhər Nyu-York Manhetten adasında yerləşən şəhərin simvolu binaları olan Əkiz qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzinə edilən terror hücumlarına oyandı.
Nyuark, Boston və Vaşinqtondan havaya qalxan və San-Fransisko və Los-Ancelesə gedən 4 sərnişin təyyarəsinin qaçırılmasından sonra Los-Ancelesə gedən “American Airlines” sərnişin təyyarəsi yerli vaxtla saat 08.46-da Nyu-Yorkdakı Əkiz Qüllələrin şimal binasına çırpılıb.
Şimal qülləsi alov içində yanarkən, ilk hücumdan 17 dəqiqə sonra, saat 09.03-də canlı yayımda “United Airlines”a məxsus qaçırılan başqa bir təyyarə cənub qülləsinə çırpılıb.
Əkiz qüllələrə edilən hücumlardan sonra qaçırılan daha bir təyyarə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına düşüb.
Qaçırılan sonuncu təyyarə, “Flight 93”, Pensilvaniya ştatının Şenksvill kəndində F-16-lar tərəfindən vurulub.
11 sentyabr hücumları nəticəsində təyyarələri qaçıran 19 hücumçu istisna olmaqla, Nyu-York, Vaşinqton və Pensilvaniyada ümumilikdə 2977 nəfər həyatını itirib.