Milyarder prezidenti necə «pərt etdi»?
«Vaşinqton bizi dayandırmaq üçün heç nə edə bilməz»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
«The Telegraph» qəzeti yazır ki, ABŞ milyarderi Maykl Blumberq (Michael Bloomberg) prezident Donald Tramp Amerikanın Paris İqlim Sazişindən çıxdığını elan edəndən dərhal sonra BMT-yə iqlim məsələləri ilə bağlı «öz cibindən» 15 milyon dollar xərcləmək niyyətini açıqlayıb.
Bu pul BMT-nin İqlim Dəyişikliyi İcraiyyə Katibliyinin çərçivə Konvensiyasına dəstək kimi verilir.
Bu barədə qərarın altına «Blumberq insanpərvərləri» imzası qoyulub.
«Amerikalılar Paris İqlim Sazişindən çıxmırlar, - deyib Maykl Blumberq, - Əksinə, biz iştirakımızı daha da inkişaf etdiririk».
Blumberq deyib ki, «amerikalılar Paris razılaşmasına əvvəldən axıradək əməl edəcəklər».
«Vaşinqton bizi dayandırmaq üçün heç nə edə bilməz», - deyib milyarder.
2002-2013-cü illərdə Nyu York şəhərinin meri olmuş 75 yaşlı Blumberq «Forbes»in zənginlər siyahısında 8-ci şəxsdir.
O həmçinin Şəhərlər və İqlim Dəyişikliyi üzrə BMT-nin xüsusi elçisidir.
Bundan əvvəl prezident Donald Tramp Amerikanın iqlim dəyişikliyi ilə bağlı bütün razılaşmalardan çıxdığını bəyan etmişdi.
Milyarder deyib ki, ABŞ-ın hər iki partiyasından olan liderlər və biznes başçıları BMT-yə dəstək bəyannaməsini birlikdə imzalayacaqlar.
«Biz Paris razılaşmasına uyğun olaraq Amerikanın bütün öhdəliklərini yerinə yetirəcəyik», - deyib Blumberq.