vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
23:12 | 12 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada Georgi lentinə qadağa qoyuldu

İl ərzində bir dəfə istifadə 100 dollar, iki dəfə isə 190 və ya 15 sutka həbs

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 12-də Ukrayna prezidenti Petro Poroşenko ölkədə Georgi lentlərinin qadağan olunmasını nəzərdə tutan qanunu imzalayıb.

Dövlət başçısı özünün «Facebook» səhifəsində bu haqda belə yazıb: «Georgi lenti İkinci Dünya müharibəsinin simvolu yox, Rusiyanın Ukraynaya qarşı 2014-cü ildən başlayan təcavüzünün simvoludur. Məhz Rusiya öz siyasəti ilə bu lenti qanundankənar vəziyyətdə qoyub».

Prezidentin imzası ilə qüvvəyə minən qanun Georgi lentindən istifadə, onun daşınması və nümayişinə görə 100 dollaradək cərimə nəzərdə tutur.

Bu əməllərin il ərzində təkrarən törədilməsi, həmçinin Georgi lentinin hazırlanması və yayılmasına görə 190 dollaradək cərimə və ya 15 sutka inzibati həbs cəzası kəsilir.

Sənəd 1941-1945-ci illər müharibəsində üzərində Georgi lenti olan orden və medallar almış şəxslərə şamil olunmur.

Georgi lenti 1768-1774-cü illərin rus-türk müharibəsi zamanı, 1969-cü ilə təsis olunub. Rusiya imperiyasının əsas simvollarından biri sayılır.