vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
20:32 | 7 iyul 2017 | Cümə Məqaləyə 1418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın 70 ildir gözlədiyi sənəd

120-dən artıq ölkə nüvə silahlarını yasaqlayan sazişi təsdiq edib

MÖVZU İLƏ ƏLAQƏLİ

120-dən artıq ölkə nüvə silahlarını yasaqlayan sazişi təsdiq edib. BMT-də keçirilən tədbiri bütün nüvə silahına malik olan ölkələr boykot edib.

Konfransın rəhbəri Eleyn Uayt Qomez nətəcələri elan edərkən sürəkli alqışlarla qarşılanıb.

Tarixdə ilk dəfə 122 ölkə sazişi qəbul edib, Hollandiya bunun əleyhinə çıxıb, Sinqapur bitərəf qalıb.

«Dünya bu leqal sənədi 70 ildir gözləyirdi. 1945-ci ilin avqust ayında Hiroşima və Naqasaki hücumundən bəri», - deyə, o bildirib.

Qomez deyib ki, ilk çoxtərəfli sazişin başa çatdırılması 20 ildən çox vaxt tələb edəcək.

Sentyabr ayında imzaya açıq olan sənəd 50 dövlətin ratifikasiyasını qazandıqdan sonra qüvvəyə minəcək.