Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:40 | 27 yanvar 2017 | Cümə
Məqaləyə 3602 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The İndependent» yazır ki, indi bəşəriyyət dünyanın axırından cəmi iki dəqiqə yarımlıq məsafədədir. Axirət Saatında edilmiş bu dəyişiklik o deməkdir ki, dünya 1953-cü ildən bəri öz tarixinin ən təhlükəli anına çox yaxınlaşıb.
Bu simvolik saatdakı dəyişikliyi Atom Alimlərinin bülleteni (Bulletin of the Atomic Scientists) məcmuəsinin ekspertləri edirlər.
Təşkilata rəhbərlik edən Lourens Krauss (Lawrence Krauss) və Deyvid Titlinin (David Titley) sözlərinə görə Axirət saatının daha yarım dəqiqə gecəyarısına yaxınlaşdırılmasının iki mühüm səbəbi var. Bəşəriyyət hələlik nüvə və iqlim dəyişikliyi təhlükələrinə üstün gələ bilmir.
Alimlər yazırlar ki, əvvəllər heç vaxt Axirət saatına bircə adamın sözlərinə görə bu qədər böyük düzəliş edilməyib.
«Lakin bu şəxs ABŞ prezidentidir və onun sözlərini nəzərə almamaq olmaz» - yazır alimlər.
Alimlər bildirirlər ki, cənab Tramp Amerikanın nüvə arsenalını gücləndirəcəyini və iqlim dəyişikliyini boş şey hesab etdiyini deyib.
Bundan əvvəl Axirət saatında gecəyarısına üç dəqiqə qalırdı. Bu, Soyuq müharibə illərindən bəri belə idi.
Ötən il alimlər saatın əqrəblərini irəli çəkməmək qərarına gəlmişdilər.
Əqrəblər gecəyarısına bu qədər yaxın məsafədə bir də 1953-cü ildə olub. Bu o vaxtlar idi ki, ABŞ və SSRİ hidrogen bombasını uğurla sınaqdan keçirmişdilər.
«The Bullet»in məcmuəsinin əsasını ABŞ-da Manhattan qrupuna daxil olan alimlər qoyublar. Bu alimlər İkinci Dünya müharibəsi zamanı ilk atom bombasının yaradılmasında iştirak etmişdilər.
Onlar Axirət saatını 1947-ci ildə qurublar. Həmin vaxtdan bəri bu saatın əqrəbləri dünyanın üzləşdiyi təhlükələrdən asılı olaraq hərəkət edir.
Bu saat 1991-ci ildə 7 dəqiqə geriyə işləmişdi. O vaxt ABŞ və SSRİ nüvə silahlarının ixtisari barədə ilk sazişi imzalamışdılar.