Qərb Kiyevi tələsdirir
Aİ-Ukrayna sammitində yekun bəyannamə imzalanmadı
Azər NURİYEV, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Miqrantlar üçün konslagerlər
Avropa Birliyi ölkələri pulsuz müayinəni kəsib, ödəmələri dayandırıb, sərhədləri bağlayıb, ...
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
İçərisində güllələr olan zərf
Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
100-dən çox şirkət paktı imzalayıb
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
2,2 milyardlıq ziyan
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəliş əldə edən Ukraynanın qurumla problemləri hələ də qalmaqdadır. Kiyevdə keçirilən Ukrayna-Aİ sammitində bu problemlər sərt şəkildə qabardılıb. Məsələ ondadır ki, Aİ bu ölkədə islahatların aparılmaması, korrupsiya hallarının qaldığını bəyan edir. Bunun nəticəsidir ki, Brüssel Ukrayna ilə Aİ-nin birgə keçirilən sammitində yekun bəyanat imzalamaq niyyətində olmadığını bəyan edib. Buna etiraz edən Ukrayna prezidenti Petro Poroşenko xatırladıb ki, «heç bir millət ukraynalılar kimi Aİ ilə yaxınlaşma məsələsində qurbanlarla üzləşməyib».
O bildirir ki, sentyabrın 1-dən Ukraynanın Avropa İttifaqı yolunda yeni keyfiyyət mərhələsi başlayır: «Bu, xalqın gələcəyi üçün ən yaxşı Avropa uğrunda islahatların aparılmasıdır». Ukrayna prezidenti Aİ-ni Krımın Ukraynaya qaytarılması məsələsində aktiv siyasət aparmağa da çağırıb. «Biz müzakirələri sürətləndirməyə qərar verdik. Hazırda Krımın Ukraynaya qaytarılması məsələsində aktiv strategiyaya keçmək üçün bütün zəruri şərtlər formalaşıb. Rusiya Krımı təhdidlərlə dolu bir adaya çevirib», - Poroşenko bildirib. Petro Poroşenko Aİ ilə Ukrayna arasındakı assosiasiya sazişini «Kremlin məğlubiyyəti» adlandırıb. «Bu razılaşma Avromaydanın əsas tələb və gözləntilərindən biri idi. Və mən birgə səylərlə buna nail olmağımızdan mıəmnunam. Bütün vasitələrini buna qarşı yönəldən Kremlsə beynəlxalq qanunu pozdu, Ukraynaya qarşı təcavüzə başladı və növbəti məğlubiyyətə uğradı».
Sammitə gəldikdə, tədbir keyfiyyətcə yeni şərtlər adı altında keçirilib. Son vaxtlar Brüssel Kiyevə vizasız gediş-gəliş rejimi təqdim edib. Assosiasiya haqqında sazişi ratifikasiya edib və yeni azad ticarət zonasını elan edib. Xatırladaq ki, Avropa Şurası iyulun 11-də Ukrayna ilə assosiasiya sazişini təsdiqləyib. Sənəd sentyabrın 1-dən qüvvəyə minəcək. Bu saziş 2014-cü ildə imzalansa da, onu Avropa İttifaqının bütün üzvləri təsdiqləməli idi. Sonuncu Aİ ölkəsi Niderland da bu sənədi iyunun 14-də ratifikasiya edib. Bunadək tərəflər arasında iqtisadi münasibətlər və azad ticarət zonası barədə müvəqqəti razılaşma mövcud idi.
Aİ-nin Ukrayna ilə münasibətlərdə nə qədər irəli getməkdə qərarlı olduğu məsələsi daxili vəziyyətdən çox asılı olacaq. Bundan əlavə, Ukraynanın avrointeqrasiya səyləri onun NATO ilə münasibətlərindən də asılı olacaq. Şərqi Avropa ölkələrinin hamısı Aİ-yə üzvlükdən əvvəl alyansa daxil olublar. Ekspertlər də qeyd edir ki, Ukrayna üçün Brüssel tərəfindən istisna hal olmayacaq. Sammit ərəfəsində Almaniya, Niderland və Fransa Ukraynanın Aİ-yə üzvlüyünə qarşı olublar. Buna bir neçə gün qalmış isə Polşa məsələyə neqativ mövqe göstərib. Səbəb iki ölkə arasında illər uzunu tarixi mövzuda mübahisələrdir. «Bandera ilə Avropaya düşə biməzsiniz», - deyə Polşanın xarici işlər naziri Vitold Vaşivçkovsi bildirib. Bura Aİ-nin Ukraynada korrupsiya ilə mübarizə, dövlət orqanlarında islahatların templəri və s. məsələlərdə tələbləri daxildir. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker açıq şəkildə bəyan edib ki, «korrupsiya ilə mübarizə Kiyev üçün başlıca məsələ, əsas kartdır və Kiyev də bunun üzərində işləməlidir». Bu məsələ Ukrayna millətinin Avropada reputasiyası deməkdir.
Hələ ki Ukrayna bəyan edir ki, onu NATO-ya üzv qəbul etməyə aparacaq islahatları 2020-ci ildə həyata keçirməyə hazırdır. Özü də ukraynalıların 60 faizi avrointeqrasiyanı dəstəkləyir. «Hakimiyyət də bu nəticəyə uyğun xalqın istəyi ilə razılaşmalıdır»,- deyə prezident Petro Poroşenko bildirib. Ukrayna artıq milli təhlükəsizliklə bağlı qanunvericiliyə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər də ona Alyansa üzv olmağa kömək edə bilər. Lakin NATO-nun qanunvericiliyi üzv olmağa namizəd ölkənin öz ərazisində daxili mübahisələri sülh yolu ilə ləğv etməsini nəzərdə tutur. Bu o deməkdir ki, Ukrayna Donbasdakı münaqişənin həllini mütləq tapmalıdır. Kiyev Minsk razılaşmalarının reallaşmasında avropalı tərəfdaşlarından güclü təzyiqlər hiss edir. Bu, ağır silahların cəbhə zonasından çıxarılması, konstitusiya islahatları, eləcə də şərq regionlarına muxtariyyət verilməsindən ibarətdir.
Ukrayna probleminin həlli ilə bağlı çoxsaylı problemlər də ortaya atılıb - «Morel planı», «Ştaynmayer formulu», «Makron planı» və s. Lakin Kiyevdə hesab edirlər ki, dördtərəfli «normand formatı»nı özündə birləşdirən Minsk prosesi Birləşmiş Ştatların iştirakı olmadan mümkün deyil. Bu səbəbdən də Kiyevdə dövlət katibi Reks Tillersonun səfəri böyük səbirsizliklə gözlənilirdi. O isə Konqresdəki dinləmələrdə bəyan etmişdi ki, Ağ ev Minsk razılaşmalarından imtina edə bilər. Donald Trampla görüşən Ukrayna nümayəndə heyəti bildirmişdi ki, ABŞ prezidenti Ukrayna böhranının hər hansı bir problem və səylər olmadan həllini görür. Bütün bunlarla yanaşı, Avropaya doğru inkişaf xətti götürməsinə baxmayaraq, Ukrayna mütləq qaydada Rusiya faktorunu nəzərə almalı olacaq. Avropa İttifaqı ilə yaxınlaşma xətti nə qədər uğurlu olsa da, Rusiya ilə qonşuluq onun geosiyasi mərkəzlər arasında manevr etməsini zəruri edir.