vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
14:58 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ mediası narahatdır

Ağ Ev gündəlik brifinqləri ləğv etmək istəyir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağ Evin gündəlik mətbuat konfranslarını ləğv etmək istədiyi bildirilir. Sonuncu dəfə kameralar önündə brifinq mətbuat katibinin müavini Sara Hakabe Sanders tərəfindən 29 iyunda keçirib. Artıq 12 gündür ki, Ağ Ev mətbuat konfransı keçirmir.

Doğrudur, Donald Tramp son həftələrdə iki dəfə xarici səfərə gedib. G-20 sammiti ilə əlaqədar Almaniyada və Bastiliya gününün qeyd edilməsi ilə bağlı Fransada səfərdə olub.

CNN yazır ki, bu təsadüfi deyil. Ağ Evin məqsədi gündəlik brifinqləri ləğv etməkdir. Hər gün keçirilən brifinq vasitəsilə jurnalistlər müxtəlif məsələlərlə bağlı hökumət sözcüsü ilə görüşmək imkanı əldə edirdi. Lakin indi nə mətbuat katibi, nə də müavini jurnalistlərlə videokameralar önündə görüş keçirmir. Hətta kameraların bağlı olduğu halda keçirilən brifinqlərdə Sanders və Şon Spayserin həvəsli danışmadığı və suallları doğru-düzgün cavablandırmadığı qeyd edilir.

CNN-nin verdiyi məlumata görə, burada əsas məsələ Trampın hər şeyə özünün cavab verməsidir. Yəni məsələlərə münasibəti ilk olaraq Tramp özü bildirir və bundan sonra Ağ Ev onun söylədiklərinə görə hərəkət edir.

Ağ Evin jurnalistlərlə görüşüb mətbuat konfransı keçirməməsi isə narazılıq yaradıb. Belə ki, Trampın danışmaqla arası yoxdur. O, jurnalistlərlə görüşüb onların suallarını cavablandırmaqda həvəsli deyil. Axırıncı dəfə Tramp “Fox News”a iki ay bundan əvvəl kameralar önündə müsahibə verib.

Görünən odur ki, Ağ Ev gündəlik birifinqlərə son verməyi və onun əvəzinə suallar verilmədən hazırlanmış qeydlər bəyan etməyi planlaşdırır. ABŞ mediası isə bu durumu qəbul etmək fikrində deyil.