vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
12:38 | 19 yanvar 2014 | Bazar Məqaləyə 2454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BP prezidentini zəhərləyiblər

Qanında zəhər aşkarlanan və həbsinə hazırlıq getdiyini öyrənən Robert Dadli Rusiyadan qaçıb

MÖVZU İLƏ ƏLAQƏLİ

BP prezidenti Robert Dadli Rusiyada zəhərlənib. Virtualaz.org saytı xəbər verir ki, bu sensasion fakt nüfuzlu «The New Yorker» jurnalının məqaləsində yer alır.

Məqalədə bildirilir ki, hadisə bir neçə il əvvəl baş verib. Robert Dadli özünü yaxşı hiss etməyib və müayinə zamanı qanında zəhər aşkarlanıb. Bu fakt üzə çıxandan sonra Dadli Rusiyada onun həbsinə də hazırlıq getdiyini bilərək qaçıb və bir müddət ortalarda görünməyib.
Jurnal Rusiyada BP prezidentinin başına gələn və bu vaxta qədər heç yerdə açılmayan hadisə barədə oliqarx və milyarder, Britaniya neft nəhənginin partnyoru olan Len Blavatnikə həsr olunmuş araşdırmasında yer verir.
BP rəsmiləri Robert Dadlinin zəhərlənməsi və Rusiyadan qaçması barədə yazılanlara şərh verməkdən imtina ediblər.
Lakin bu hadisə BP şirkətinin Rusiyadakı 17 illik dumanlı fəaliyyətinə dair əsas suallardan birinə cavab tapmağa imkan verir: 2009-cu ildə BP-nin Rusiyadakı törəmə şirkəti TNK-BP-nin rəhbəri olarkən  Robert Dadlini bu ölkədən tələsik getməyə və uzun müddət ortalarda görünməməsinə nə səbəb olmuşdu?
Yazıda bildirilir ki, BP-nin Rusiyadakı törəmə şirkəti TNK-BP-yə başçılıq edərkən L.Blavatnik Robert Dadlinin dörd rusiyalı ortağından biri idi. Həmin vaxtlar BP və onun rusiyalı partnyorları bir-birləri ilə müharibə şəraitində idilər. Rəqiblərdən hər biri digərini sıradan çıxarmağa, yaxud onun üzərində əzici üstünlüyə malik olmağa çalışırdı.
Həmişə olduğu kimi, Kreml oliqarxların tərəfini tuturdu. Həmin vaxtlarda WikiLeaks saytı tərəfindən yayılan Amerika məxfi diplomatik teleqramlarının birində deyilirdi ki, Robert Dadlinin Moskvadakı mənzilinə naməlum şəxslər daxil olub. Həmin şəxslər Dadlinin ünvanına məhkəməyə çağırış vərəqəsi qoyaraq evi tərk ediblər. Çağırışda BP-nin rusiyalı oliqarx tərəfdaşları tərəfindən Robert Dadliyə qarşı ittihamlar yer alırdı.
«The New Yorker» jurnalı yazır ki, bu hadisələrin fonunda R.Dadli özünü pis hiss etməyə başladı. Sonradan məlum oldu ki, onun qanında zəhərli maddənin izləri var. R.Dadli TNK-BP şirkətinin ofislərinə gətirilən yeməkləri yeməkdən imtina edəndən sonra vəziyyəti yaxşılaşmağa başladı. Lakin həmin il iyulun 24-də Dadliyə məlumat verdilər ki, polis ertəsi gün səhər onu həbs edəcək. Məhz bu xəbərdarlıqdan sonra R.Dadli Moskvadakı mənzilini tərk edərək Rusiyadan qaçdı.
Nəhayət, BP-nin Rusiyadakı müstəqil biznesinə 2012-ci ildə son qoyuldu. TNK-BP şirkətinin səhmlərinin hamısı «Rosneft» dövlət şirkətinə 55 milyard dollara satıldı. Bu sövdələşməyə əsasən BP «Rosneft»in 20 faizlik payını da aldı. Beləliklə, şirkət yaşadığı bütün dəhşətlərə baxmayaraq Rusiyada qalmağa imkan tapa bildi.
Jurnal yazır ki, BP-nin Rusiyadakı problemlərinin əksəriyyəti onun öz səhvləri ucbatından yaranırdı. BP rəhbərləri hesab edirdilər ki, onlar Rusiyada işləməyin üsullarını bilirlər. Lakin onları həmişə aldadır və səhvlərə yol verməyə təhrik edirdilər.