vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:56 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölkədə 10 milyon narkoman var»

İranlı nazir: «Biz yalnız danışmağı bacarırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi iyulun 31-də jurnalistlərə açıqlamasında ölkədə narkomanların sayının son dərəcə artmasından və cəmiyyəti məhvə sürükləyən narkomaniya problemindən danışıb.

Həsən Qazizadə Haşimi bildirib ki, narkomaniyaya qarşı mübarizə qərargahı məsullarının yaydığı statistik rəqəmlərə əsasən ölkədə narkomanların sayı 10 milyonu aşıb: «Ölkədə narkomaniyanın geniş yayılmasının əsas səbəbi, rəsmilərin səriştəsizliyi ilə bağlıdır. Təəssüflər olsun ki, biz narkomaniyanın yayılmasının qarşısını almaqda və onu nəzarətdə saxlamaqda uğur qazana bilməmişik. Rəsmilərimiz isə bununla bağlı öz üzərinə heç bir öhdəlik götürməyiblər.

Biz narkomaniyaya qarşı mübarizə aparmaq üçün çox danışsaq da, əməldə heç bir iş görməmişik. Çünki bizim sözümüzlə əməlimiz üst-üstə düşmür. Hesab edirəm ki, daxili işlər naziri və digər rəsmilər ölkədə narkomanların sayı ilə bağlı konkret statistik rəqəmlər verməli, cəmiyyəti bu barədə maarifləndirməlidirlər. Lakin yazıqlar olsun ki, məsullarımızda belə bir siyasi iradə və öhdəlik yoxdur və biz yalnız danışmağı bacarır, dediklərimiz isə əməlimizin əksinədir».