vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
15:54 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hicab taxmayanların sayı sürətlə artır

İranda diqqətçəkən mənzərə

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Maraqlıdır ki, İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazların ikinci ilində ölkədə hicabsızların sayı artıb.

İranda məcburi hicab qaydasını pozduğuna görə saxlanılan 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra 2022-ci il sentyabrın 17-də baş verən ölkə tarixinin ən uzun nümayişlərindən iki il ötür. İldönüm ərəfəsində xüsusilə Tehranda hicab qaydalarına əməl etməyənlərin sayının artması diqqət çəkir.

Məhsa Əmini 13 sentyabr 2022-ci ildə doğulduğu Səkkizdən ziyarətə gəldiyi paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşat patrulları tərəfindən polis nəzarətinə götürülərək polis bölməsinə aparılıb. Polis onun “hicab qaydalarına əməl etmədiyini” bildirib.

Polis idarəsində qəflətən halı pisləşərək xəstəxanaya yerləşdirilən Əmini 3 gün sonra sentyabrın 16-da dünyasını dəyişib. Hadisə ictimaiyyətin hiddətinə səbəb olsa da, ölkədəki bir çox siyasətçi və sənət adamları tərəfindən də böyük etirazla qarşılanıb.

Əminin cənazəsi sentyabrın 17-də doğulduğu Sakız adasında keçirilən mərasimdə dəfn edildikdən dərhal sonra etirazlar küçələrə sıçrayıb. Mazandaran əyalətinin mərkəzi Saridə ictimai binanın divarından inqilabçı lider Xomeyni və İran lideri Əli Xameneyinin plakatlarını aşıran nümayişçilərin görüntüləri də sosial mediada paylaşılıb.

Nümayişlər zamanı 500-dən çox nümayişçi və 70-ə yaxın təhlükəsizlik işçisi həyatını itirib.

Hakimiyyət, ümumiyyətlə, etirazları “düşmənlərin sui-qəsdi” və “iğtişaş” adlandırırdı. Etirazlara sənətçilərdən tutmuş müxtəlif sahələrdən idmançılara qədər ölkənin bir çox tanınmış adları dəstək verib.

Bu prosesdə Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Avropa Birliyi (AB) dəfələrlə “insan haqlarının pozulması” səbəbi ilə İran rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər.

***

Nümayişlərlə məcburi hicab qanununun yumşaldılması və ya ləğvi ilə bağlı müzakirələr alovlanıb. Əslində İranda məcburi hicabla bağlı müzakirələr yeni deyil. İran inqilabının banisi Xomeyninin 1979-cu ilin avqustunda tətbiq etdiyi məcburi hicab qanunu hətta ruhanilər arasında da zaman-zaman müzakirə mövzusu olub.

Digər tərəfdən, aylar əvvəl başa çatan nümayişlərə və təzyiqlərə baxmayaraq, bəzi qadınlar, xüsusən də paytaxt Tehranda hələ də ictimai yerlərdə, ticarət mərkəzlərində, kafelərdə, banklarda, məktəblərdə və küçələrdə başlarını örtməməyə üstünlük vermələri diqqət çəkir.

Polis müdaxilələri xeyli azalsa da, bəzi məqamlarda zaman-zaman davam edir və ən son iyunun 21-də qadın polislərin məcburi hicaba əməl etmədikləri səbəbi ilə iki gənc qıza fiziki zorakılıq tətbiq etməsinin görüntüləri yayılıb.