İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:11 | 6 mart 2025 | Cümə axşamı
Məqaləyə 414 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranda məcburi hicaba qarşı mahnısına görə saxlanılan pop müğənnisi Mehdi Yarrahiyə 74 şallaq cəzası verilib. Yarrahi 2023-cü ilin avqustunda fars dilində "Sənin hicabın" mənasını verən "Roosarito" mahnısını yayımladıqdan sonra həmin ay saxlanılıb.
Müğənninin vəkili Zehra Minoui dünən “X”də paylaşdığı paylaşımda 42 yaşlı müvəkkilinə verilən 74 qamçı cəzasının tamamilə tətbiq edildiyini bildirib.
Tehran İnqilab Məhkəməsi Yarrahiyə iki il 8 ay həbs cəzası verib. Müğənni bir il həbsdə qaldıqdan sonra azadlığa çıxmaq üçün şallaq və cərimə cəzasına məhkum edilib.
Müğənniyə verilən şallaq cəzası sosial şəbəkədə etiraza səbəb olub. Nobel Sülh Mükafatı laureatı jurnalist və fəal Nərgiz Məhəmmədi “İnstagram” səhifəsində, “Mehdi Yarrahinin şallaq cəzası iranlı qadınlara verdiyi dəstəyə görə intiqam kimi icra edilib. Mehdinin bədəninə vurulan şallaq İranın qürurlu, müqavimətli qadınlarına və “Qadın, Həyat, Azadlıq” hərəkatının inkişaf edən və güclü ruhuna zərbədir”.
Mühacirətdə olan iranlı müxalif jurnalist Mesih Əlinecad da paylaşımında “Hər qamçıya vurduqlarına görə daha çox qadın hicablarını çıxaracaq. Daha çox səs yüksələcək. Və heç nə bu inqilabı dayandıra bilməz”.
Pop ifaçısının “Youtube”da paylaşdığı “Roosarito” mahnısının klipində hicabsız rəqs edən qadınların görüntüləri də yer alıb.
Klipin əvvəlində ölkəni ayağa qaldıran Məhsa Əmini etirazlarının “Qadın, həyat, azadlıq” şüarı da ekranda görünür. Pop ifaçısının oktyabr ayında çıxardığı Qadın marşı (“Soroode Zan”) mahnısı da xüsusilə universitet tələbələrinin etirazlarında tez-tez istifadə olunurdu.
***
Ötən il sentyabrın 13-də, sentyabrın 16-da Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Əmininin ölümü ölkədə hökumətə qarşı böyük etirazlara səbəb oldu.
Polis Əmininin sorğu-sual zamanı səhhətindəki problemlərə görə xəstələndiyini, əleyhdarları isə gənc qadının işgəncə nəticəsində öldüyünü iddia edib.
Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, etirazlarda 48-i qadın və 68-i uşaq olmaqla azı 537 nəfər həyatını itirib.