vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
İranda 34 qadın məhbus aclıq aksiyasına başlayıb 10:17 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda 34 qadın məhbus aclıq aksiyasına başlayıb

Məhsa Əmininin valideynləri ev dustaqlığına məhkum edilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Məhsa Əmini adlı gənc qadının polis idarəsində öldürülməsindən sonra başlayan etirazların ikinci ildönümü ərəfəsində İranın Evin həbsxanasında 34 qadın siyasi məhbus aclıq aksiyasına başlayıb.

2021-ci ildən Tehranda həbsdə olan Nobel Sülh Mükafatçısı fəalın təsisçisi olduğu Nərgis Məhammədi Fondu “X” platformasında verdiyi açıqlamada qeyd olunur ki, Evin zindanındakı məhbus qadınlar İranda hakimiyyətin zülm siyasətinə qarşı etirazçılarla həmrəy olduqlarını bildiriblər və İdeoloji səbəblərdən həbs olunduqları üçün aclıq aksiyasına başlayıblar: “Demokratiya və azadlığı bərqərar etmək əzmini bir daha təsdiqləyərək səsimizi ucaldırıq. Bu izim iradəmizi daha da gücləndirir”.

Fəalın hesabında qadın məhbusların etiraz mahnıları və şüarlar səsləndirdiyi video yayımlanıb.

Məlumata görə, insan haqları təşkilatı hakimiyyət orqanlarının Məhsa Əmininin valideynlərinə qarşı müvəqqəti ev dustaqlığı tətbiq etdiyini və təlimatı pozacaqları təqdirdə onların həbs ediləcəyi barədə xəbərdarlıq etdiyini bildirib.