vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
22:29 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 2308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ «demokratiya» sözündən rəsmən imtina edir

«Biz ədalətli və demokratik dünya istəyirdik, indi belə görünür ki, daha istəmirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamenti özünün dünya missiyasından «demokratiya» sözünün çıxarılması məsələsini nəzərdən keçirir. Virtualaz.org xəbər verir ki, bu barədə «The İndependent» yazıb.

Məqalədə deyilir ki, dövlət katibi Reks Tillersonun tapşırığı ilə hazırlanan missiya bəyannaməsi əvvəlkilərdən fərqlənmir, lakin ABŞ-ın bütün dünyada demokratiyanı yaymaq məqsədi yeni bəyannamədə olmaya bilər.

Ötən cümə günü göndərilmiş daxili email-dən bəlli olur ki, Dövlət Departamentinin icraiyyə komitəsi departamentin məqsəd, missiya və ambisiyalarını müzakirə edib. Yeni bəyannamə layihəsində deyilir: «Biz bütün dünyada Amerika xalqının təhlükəsizlik və firavanlığı maraqlarını yürüdəcəyik».

«The İndependent» bunu keçənilki bəyannamə ilə müqayisə edib. Orada deyilirdi ki, Dövlət Departamenti «daha əmin-amanlıqlı, çiçəklənən, ədalətli və demokratik dünyanın formalaşdırılmasına çalışacaq».

Dövlət Departamentinin hər iki partiyadan olan keçmiş rəsmiləri bildirirlər ki, yeni bəyannamə layihəsindən «ədalətli» və «demokratik» sözlərinin çıxarılması nə təsadüfdür, nə də xətadır.

Corc Buşun prezidentliyi dövründə milli təhlükəsizlik müşavirinin müavini işləmiş Elliott Abrams deyib ki, «ədalət» və «demokratiya» sözlərinin yeni bəyannamə layihəsində olmamasını yalnız bir cür izah etmək olar: «Biz ədalətli və demokratik dünya istəyirdik, indi belə görünür ki, daha istəmirik».

Abrams deyib ki, Dövlət Departamentinin missiya bəyannaməsi mühüm sənəddir, çünki bütün dünya hökumətlərinə və xalqlarına verilən siqnaldır. Yeri gəlmişkən Tillerson Abramsı departamentə vəzifəyə gətirmək istəsə də, Tramp onun namizədliyini rədd etmişdi.

Abrams deyir ki, bu dəyişiklik «çox ciddi səhvdir və dərhal düzəldilməlidir». 

«Əgər səhv düzəldilməsə, bu bəyanat dünyanın bütün diktatorlarının ürəyindən xəbər verəcək», – Abrams bildirib.

Obama administrasiyasında dövlət katibinin demokratiya məsələləri üzrə müavini işləmiş Tom Malinovski deyib ki, missiya bəyannaməsindəki bu dəyişiklik Birləşmiş Ştatları Rusiya da daxil ABŞ-ın bir çox düşmənlərinə «yoldaş» edir. Malinovski deyib ki, hazırkı bəyannamə variantı Putinin istədiyi dünyanı nəzərdə tutur.

Malinowski əlavə edib ki, əgər bəyannaməyə düzəliş edilməsə, bu dəyişiklik Dövlət Departamentinin öz içərisində çaşqınlıq və vurnuxma yaradacaq.

Tramp özünün inaqurasiya nitqində demişdi ki, Amerika bundan sonra öz həyat tərzini başqalarına qəbul etdirməyəcək, başqa ölkələrin daxili işlərinə qarışmayacaq, əvəzində hər bir kəsə nümunə kimi parlayacaq. Elə Tillersonun özü də bəzi bəyanatlarında bildirib ki, Amerika dəyərlərinin təbliğ olunması, Amerikanın milli təhlükəsizlik maraqlarının yürüdülməsinə mane olur. O ötən mart ayında, illərdir davam edən ənənəni pozaraq departamentin illik insan haqları hesabatının təqdimatını özü keçirməyib.