vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
11:55 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 2523 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Venesuelaya qarşı sanksiyaları genişləndi

Müxalifət növbədənkənar prezident seçkiləri tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.

ABŞ hökuməti Venesuelaya dair sanksiya siyahısını genişləndirərək sənədə ölkənin sabiq prezidenti Uqo Çavesin qardaşı Adan Çaves daxil olmaqla, 6 Konstitusiya Assambleyasının üzvünün adını daxil edib.

Bundan əlavə siyahıya daha iki nəfər – Milli Qvardiyanın komandiri Umberto Luqo Armas və Venesuela Milli Seçki Şurasının üzvü Tanya D’Amelionun adları daxil edilib.

Adıçəkilən şəxslərin ABŞ yurisdiksiyasına aid bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onlarla işgüzar əlaqədə olmaq qadağan olunub.İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. (APA)