Əsas hədəfdə Litvadır
Putin Baltikyanı respublikalara hücuma hazırlaşır - yeni müharibə hər an başlaya bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
Bu günlərdə Mərkəzi və Şərqi Avropa qorxu ilə Rusiyaya baxır. Sentyabr ayında ruslar Belarusda 100 minlik qoşunla təlim keçirəcək.
«Keçən il Rusiyanın Ukraynada olduğu kimi Baltika dövlətlərinə hücum edəcəyi təhlükəsi ilə bölgədəki mövcudluğunu gücləndirən NATO bu dəfə heç bir cavab vermir və sadəcə Moskvadan manevrlərin şəffaflığının təmin olunmasını rica edir», İspaniyanın «El Mundo» qəzetindən Havyer Kolas yazır.
Müəllif NATO-nun Rusiya ilə sərhəddən 100 km uzaqlıqda, Ruklada (Litva) sadəcə bir tabor yerləşdirdiyinə diqqət çəkir və bunun yetərli olub-olmayacağını zamanın göstərəcəyini yazır.
Kolas Baltikyanı ölkələrdəki qorxunu da təsvir edir: «Litva hələ də Rusiya manevrlərinin Qərbə hücumun məşqi olaraq dəyərləndirir. Litvanın müdafiə naziri Raymundas Karoblis isə Rusiyanın bu bölgədə ağalığını bərpa etmək istədiyini və beləliklə, Avropanın müdafiə sistemini dəyişdirmək niyyətində olduğunu dilə gətirib».
Müəllif Rusiyanın da mövqeyinə yer verib: «Öz növbəsində Rusiyanın Vilnüsdəki səfiri Aleksandr Udaltsov NATO-nun Rusiyanın qərb sərhədlərində güclənməsinin Moskvanı cavab tədbirlərinə əl atmağa məcbur etdiyini söyləyib. Rusiya səfiri ABŞ-ın Rumınıyada «Aegis Ashore» hava hücumundan müdafiə sistemini quraşdırdığını xatırladıb: «Orası Krımın 600 km yaxınlığında yerləşir. ABŞ bundan başqa eyni raket və radarlarla Polşanın Redizkovo qəsəbəsində baza qurmağı planlayır».
«Rusiyanın söylədikləri adi bəhanədən başqa bir şey deyil», - Litvanın müdafiə naziri Raymundas Karoblis cavab verib. Karoblis NATO-nun bölgədə Litva ordusu ilə birlikdə cəmi 17 min əsgərinin olduğunu vurğulayıb: «Deyin görək, bu qədər az qüvvə 300 minlik qoşuna nə edə bilər».
Karoblis rusların Kalininqradda daima 25-30 min əsgər saxladığını, habelə tanklar üçün yüksək səviyyəli bazalar tikdiyini sözlərinə əlavə edib. Bundan başqa, o, Rusiyanın Kalninqradda nüvə başlığı daşıya bilən «İsgəndər» raket kompleksinin də olduğunu bildirib.
Onun fikrincə, bütün bunlar Rusiyanın Baltikyanı bölgəni işğal etməklə bağlı öz niyyətində nə qədər ciddi olduğunu nümayiş etdirir.
Yazıda təlimlər zamanı Litva ordusunun və NATO taborlarının tam döyüş hazırlığına gətiriləcəyi qeyd olunub. Müəllif burada saydan çox, həmin taborların milli tərkibinin geniş tutulmasının vacib olduğunu bildirir. «Moskva hər halda alman və ya norveçli əsgərə zərər vurulmasının nəticələrini gözəl başa düşür», məqalədə qeyd olunur.
Müəllif rusların köhnədən olduğu kimi, həmvətənlərini qorumaq bəhanəsini son dövrlərdə yenə səsləndirməyə başladığını qeyd edir. O, Baltikyanı ölkələrdə özünü rus hesab edən ən az 1 milyon insanın yaşadığına diqqət çəkərək, Rusiyanın bu faktordan öz xeyrinə istifadə etmək istəyəcəyini yazıb. «Rusiya rusları qorumaq bəhanəsi ilə Krımı ilhaq etməklə, sözdən əmələ keçə biləcəyini açıq şəkildə nümayiş etdirib», məqalədə qeyd olunur.
Kolasın fikrincə, NATO bu vəziyyətdə Baltikyanı dövlətləri qorumağa məcburdur. Çünki əks halda daxili milli çaxnaşma regional münaqişədən çıxıb qlobal müharibəyə çevrilə bilər.
Delfi.it saytının hərbi icmalçısı Baydas Saldinas bütün bunlardan irəli gələrək bölgənin ən zəif həlqəsinin məhz Litva olduğunu düşünür: «Bu ölkə Rusiya oliqarxlarının əlindədir. Rusdillilərin sayı kifayət qədər çoxdur. Ordu isə olduqca zəifdir. Rusiya Litva millətçiləri adı altında öz agentlərini silahlandıraraq sərhədyanı bölgədə rusların kompakt yaşadığı şəhərə hücum törədə bilər. Daha sonra isə anti-terror əməliyyatı bəhanəsi ilə ölkəyə rahatlıqla girməsi mümkündür. NATO isə öz növbəsində Nizamnamənin 5-ci (kollektiv müdafiə) maddəsini işə salmalı olacaq. Lakin təşkilat bu məsələdə tərəddüd də edə bilər», - Saldinas müəmmalı şəkildə Litva üçün fəlakətli ssenarisini cizib.