vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:06 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 2061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci kanalın əməkdaşını qovdular

Rusiya jurnalistini Ukraynadan deportasiya edəcəklər

MÖVZU İLƏ ƏLAQƏLİ

Birinci kanalın jurnalisti Anna Kurbatova Rusiyaya deportasiya ediləcək. Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya məlumat yayıb.

«Rusiya təbliğatçısı Anna Kurbatova məcburi qaydada Rusiya Federasiyasına qaytarılacaq. Ukrayna hüquqi dövlətdir. Hal-hazırda onun rəsmi çıxarılması üçün lazımi sənədlərin rəsmiləşdirilməsi gedir», - deyə o öz Facebook səhifəsində yazıb.


***


16:29

Bu gün Kiyevdə Birinci kanalın jurnalisti Anna Kurbatova ofisin yanında oğurlanaraq naməlum istiqamətə aparılıb. Virtualaz.org xəbər verir ki, məlumatı «Layf»a Birinci kanaldan da təsdiqləyiblər.

Ukraynadakı hadisələri işıqlandırılması ilə əlaqədar daha əvvəl də ona qarşı təhdidlər olmuşdu. Kiyevə son ezamiyyəti zamanı Anna Kurbatova ölkənin müstəqillik gününün bayram edilməsini işıqlandırıb, həmçinin NATO-nun hərbi qulluqçularının keçirdiyi təntənəli paradda iştirak edib.

Hadisənin təfərrüatları araşdırılır.