vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
12:29 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2803 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Corc Soros terrorçu elan edilə bilər

Milyarderlə bağlı ABŞ prezidentinə petisiya göndərildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ameikalı milyarder Corc Sorosun terrorçu elan olunması ilə bağlı Donald Trampa ünvanlanan petisiyanı 70 min nəfər imzalayıb. RİA «Novosti» xəbır verir ki, müvafiq petisiya Ağ evin rəsmi saytında yerləşdirilib.

ABŞ prezidentinin administrasiyası tərəfindən petisiyanın baxılması üçün sentyabrın 19-dək daha 29 min imza toplanılmalıdır.

Petisiyanın mətnində qeyd edilib ki, Soros mütəmadi qaydada və bilərəkdən ABŞ-dakı stabilliyi pozmağa yönəlmiş addımlar atıb. Petisiyanın müəllifləri hesab edir ki, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi Sorosu və onun bütün təşkilatlarını terrorçu elan etməlidir. Bununla yanaşı, təşəbbüskarlar milyarderin əmlakının və aktivlərinin müsadirəsi ilə bağlı da çağırış edib.

Corc Soros məşhur milyarder və maliyyəçidir. Onun fəaliyyəti müəyyən dairələrdə birmənalı qarşılanmır: bəziləri milyarderi maliyyə möhtəkiri (spekulyantı) adlandırır. Sorosun «Quantum» şirkəti 40 illik fəaliyyəti ərzində hec fondlar üçün rekord hesab olunan 35 mlrd. dollar qazanıb. İddia olunur ki, təkcə ABŞ-dakı ipoteka böhranı dövründə biznesmen 2 il ərzində 1 mlrd. dollar gəlir əldə edib.

Bundan başqa, Sorosun adı tez-tez siyasi qalmaqallarda da hallanır. Milyarderin təşkilatları bir sıra ölkələrdə dövlət çevrilişinin maliyyələşdirilməsində ittiham olunub.