vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
16:12 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hətta müharibə şəraitində qaydalar var»

«Mən sizə zabit kimi müraciət edirəm, bu partlayışların arxasında Rusiya dayanır...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, general Aleksandr Bortnikova müraciət edərək Ukrayna ərazisində terror əməliyyatlarına son qoymağa çağırıb. Virtualaz.org lenta.ru-ya istinadən xəbər verir ki, general Qritsak bu haqda Ukrayna telekanallarından birinin efirində deyib.

«Mən sizə zabit kimi müraciət edirəm. Hətta müharibə şəraitində qaydalar var ki, xüsusi xidmət əməkdaşları onları poza bilməz. Odessada, Xarkovda, Xersonda və digər şəhərlərdə terror aktlarının təşkil edilməsində Rusiya xüsusi xidmət orqanlarının əli var», - Qritsak bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri deyib ki, FTX hətta Rusiyanın özündə vəziyyəti qarışdırıb buna görə Kiyevi ittiham etməyə hazırdır. Qritsakın fikrincə bu, Bortnikova imkan verəcək ki, Ukrayna ərazisində hərbi müdaxilə edilsin.

Xatırladaq ki, bu ilin mayında Xarkovda Ukraynanın ən iri silah-sursat anbarında güclü partlayış baş verib. Nəticədə Ukrayna ordusunun sursat ehtiyatının xeyli hissəsi məhv olub. Ukrayna xüsusi xidmət orqanları bu partlayışın diversiya olduğunu və dron vasitəsilə törədildiyini bildirmişdi.

Qritsak ötən ilin martında Brüssel metrosunda törədilmiş terror aktlarında «Rusiya izi ola biləcəyi» haqda danışmışdı. Nəticədə Moskvadan onun ünvanına təhqiramiz ifadələr yağdırdılar. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Qritsakın «adam olmadığını» dedi, baş nazir Dmitri Medvedyev isə onu «gicbəsər» adlandırdı.

Lakin Rusiyanın qonşularından onun ünvanına terror və diversiya ittihamları təkcə Ukraynadan səslənmir. Bu günlərdə Gürcüstanda bir-birinin ardınca baş vermiş müəmmalı meşə yanğınlarına görə də Rusiyadan şübhələnənlər var. Daxili işlər naziri Georgi Mqrebrişvili bu yanğınların qəsdən törədilməsindən şübhələndiyini deyib. Gürcü ekspertlər isə deyiblər ki, əgər yanğın qəsdən törədilibsə deməli bunun arxasında Moskva dayanır.