«Heç SSRİ ərzində də bu qədər heroin tapılmayıb»
Evindən yarım milyard dollarlıq heroin çıxan şəxs İlqar İmanovdur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
30 nəfər ölüb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
Rusiya mənbələri evindən yarım milyard dollarlıq təmiz heroin tapılan keçmiş bakılı KVN-çinin adını redaktə edib.
Virtualaz.org xəbər verir ki, bundan əvvəl Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin direktoru, general Viktor İvanov həmin şəxsin adının «İldar Nurimanov» olduğunu açıqlamışdı. Bildirilirdi ki, Əfqanıstandan gətirilən 174 kiloqram təmiz heroin onun Moskva ətarfındakı Domodedovo rayonundakı villasında tapılıb. Əməliyyat zamanı villanın mühafizəçiləri də daxil olmaqla narkobandanın 6 üzvü tutulub.
Lakin belə görünür ki, Rusiya KİV-ləri Viktor İvanovun bəyanatını yayarkən tələskənliyə və səhvə yol veriblər. Çünki yeni məlumatlarda evindən 500 milyon dollarlıq heron tapılan azərbaycanlının adının İlqar Nazim oğlu İmanov olduğu göstərilir.
Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin Moskva vilayəti üzrə idarəsinin rəisi Vasili Yurçenko bildirib ki, o, kifayət qədər parlaq şəxsdir: «Mən hesab edirəm ki, o, parlaq şəxsiyyətdir. Hazırda o, banklardan birinin təsisçisidir, həmçinin ərzaq mallarının paylanması işi ilə məşğul olan ASC-lərdən biri onun adınadır».
Narkotikin tapıldığı villa 17 sot torpaq sahəsində yerləşir və üçmərtəbəli malikanədən, mühafizəçilər üçün ikimərtəbəli evdən ibarətdir. Heroin də məhz mühafizəçilər üçün nəzərdə tutulan evdə tapılıb.
«Hazırda müəyyən etmək çətindir ki, İmanovun bu narkotiklə nə dərəcədə bağlılığı var. Lakin həmin mühafizəçiləri o, işə götürüb. Qonşuların dediyinə görə, mühafizəçilər iki ilə yaxındır evi mühafizə edir» - Yurçenko əlavə edib.
O, qeyd edib ki, bu il oktyabrın 18-də İmanov özünə 100 min dollara «Audi Q7» krossoveri alıb.
Virtualaz.org saytı yenidən «Parni iz Baku»nun üzvləri ilə əlaqə saxlamağa və bu dəfə İlqar Nazim oğlu İmanov adlı şəxsi tanıyıb-tanımadıqlarını dəqiqləşdirməyə çalışıb. Qeyd edək ki, komandanın iki məşhur üzvü - Cabir və Tahir İmanovlar da bu familiyanı daşıyır.
KVN-çi Tahir İmanov virtualaz.org saytının onların komandasında İlqar İmanov adlı birinin olub-olmaması haqda sualını mənfi cavablandırdı.
T.İmanov dedi ki, KVN komandasında İlqar İmanov adlı şəxs olmayıb: «Ümumiyyətlə, KVN-in adının belə məsələlərdə hallandırılmasından təəssüf edir və bunu pisləyirik. Bu, bizim komandanın adına ləkə gətirir».
Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsinin mətbuat xidmətinin əməkdaşı Yekaterina Kosova APA-ya bildirib ki, İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə heç bir aidiyyəti yoxdur: «Məsələ ondadır ki, adıçəkilən şəxs özünə işləmək üçün dürüst olmayan insanlar tutub. Onun evində qalan həmin şəxslər isə bu cinayətdə təqsirli bilinərək saxlanılıblar. İlqar Nazim oğlu İmanovun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq evin sahibidir. Qanuna riayət edən vətəndaşdır. Onun narkotiklərlə heç bir əlaqəsi yoxdur. Deyə bilmərəm ki, o, «Bakılı oğlanlar» ŞHK-nın üzvü olub, ya yox... Bu, bizim üçün elə də vacib deyil. Biz onun hansı ölkənin vətəndaşı olduğunu da dəqiq bilmirik. Bu haqda bizdə məlumat yoxdur. Çünki cinayətkar fiqur kimi İlqar Nazim oğlu İmanov bizi maraqlandırmayıb».
««Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun bu adda üzvü olmayıb. Nə bizim dövrümüzdə, nə də Yuli Qusmanın kapitanlıq etdiyi dövrdə...» - bunu isə «Bakılı oğlanlar» ŞHK komandasının keçmiş üzvü, hazırda Moskvada yaşayan Elçin Əzizov deyib.
Onun sözlərinə görə, İlqar İmanov adlı şəxsin ŞHK-ya aidiyyəti olmayıb: «Biz çox çalışırıq ki, bu məlumatın yanlış olduğunu ictimaiyyətə çatdıracaq. Bu, yanlış məlumatdır».
***
15:00
Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov KVN üzvlərindən birinin Rusiyada külli miqdarda narkotiklə tutulması haqda sensasion açıqlama verib.
Virtualaz.org saytı məsələ ilə bağlı «Planet Parni iz Baku» teatrının bədii rəhbəri Tahir İmanov və digər KVN-çilərlə əlaqə saxlayıb.
T.İmanov komandanın ən gənc üzvü olduğunu və belə bir şəxsi tanımadığını deyib.
«Bizim komandada İldar Nurimanov adlı şəxs olmayıb. Ümumiyyətlə, bizim komandada adı nurla başlayan heç kəs olmayıb» - deyə T.İmanov bildirib.
Məşhur KVN-çi Bəhram Bağırzadə də belə bir şəxsi tanımadığını deyib: «Bizim komandada İldar Nurimanov adlı şəxs olmayıb. Eldar Məmmədov və Eldar Hüseynov olublar. Eldar Məmmədov komandada cəmi bir dəfə, uzaq 1991-ci ildə oynayıb. Eldar Hüseynov isə texniki işçi idi».
Digər KVN-çi Vado Korovin də saytımıza açıqlamasında İldar Nurimanov adlı bir şəxsi tanımadığını və heç vaxt komandada oynamadığını söyləyib.
***
14:38
Bu heroin əməliyyatı ilə bağlı bəzi yeni təfərrüatlar məlum olub. «Lifenews» xəbər verir ki, Moskva vilayətinin narkotik polisi tərəfindən keçirilən əməliyyat zamanı 700 bağlamaya bükülmüş 174 kiloqram heroin aşkar olunub. Bu, 150 milyon doza deməkdir.
Cinayətkarlar narkotiki Əfqanıstandan banan yeşiklərində gətiriblər. Əməliyyat zamanı bandanın 4 üzvü, o cümlədən başçıları həbs olunub. Narkotikin tapıldığı villanın sahibi, «Parni iz Baku» KVN komandasının oyunçusu İldar Nurimanov hazırda Türkiyədədir, onun narkotik alverində əlinin olması hələlik istintaq tərəfindən müəyyən edilməyib.
KVN-çi bu gün Moskvaya qayıtmalı və ifadə verməlidir. Əməliyyat məlumatlarına əsasən heroin satışı ilə onun mühafizəçiləri məşğul olub.
Yeni təfərrüatlar olacaq, saytımızı izləyin.
***
14:24
KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə - yarım milyard dollarlıq heroin ələ keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı az əvvəl Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransında açıqlayıb.
Generalın bildirdiyinə görə, əməliyyat Moskvanın Domodedovo rayonunda, Kolıçev kəndində keçirilib.
«Kifayət qədər məşhur olan bir şəxsin, Bakının KVN komandasının keçmiş üzvü İldar Nurimanovun «daça»sından böyük həcmdə - 174 kiloqram təmiz heroin tapılıb. Bütün SSRİ-nin mövcudluğu ərzində heç vax bu həcmdə heroin tapılmamışdı» - deyə general Viktor İvanov bildirib.
Onun sözlərinə görə, heron mühafizə budkasında gizlədilibmiş. Ələ keçirilən heroinin qiyməti 500 milyon dollara yaxındır.
«Heroin Rusiyaya TIR-larda gətirilib və banan yeşiklərində gizlədilib» - deyə general bildirib.