Kreml çoxmillətli Dağıstana lideri hansı millətdən təyin edəcək?
Maqomedsalam Maqomedov və İliyas Umaxanov da mümkün namizədlərdən sayılırlar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
Ramazan Abdulatipov Dağıstan Respublikasının rəhbərliyindən istefa etdiyi barədə erkən bəyanat verəndən bəri Kreml hələ də onun varisinin kim olacağını bildirməyib. Bu ləngimə qəribə görünür, ona görə ki, başçıları istefaya getmiş qalan dörd federativ subyektin rəhbərlərini artıq təyin ediblər.
Fuller yazır ki, Moskvanı çaşqınlığa salan Abdulatipovun, hələ Putin onun postuna namizədi müəyyənləşdirmədən, öz istefası barədə erkən və açıq bəyanat verməsi ola bilərdi.
Bu həm də ona görə inandırıcı görünür ki, onun yerinə təyin ediləcək birisi kimi adı hallandirılan şəxs deyilənlərə görə əvvəllər bu təklifdən bir neçə dəfə imtina edib.
Söhbət öz karyerasını Daxili Qoşunlarda qurmuş 52 yaşlı Sergey Melikovdan gedir. Onun milliyyətcə ləzgi atası da məhz bu qoşunlarda xidmət edib. Ləzgilər sayca Dağıstanın dördüncü böyük xalqıdır.
2014-cü ilin mayında Putin Melikovu Şimali Qafqaz Federal Rayonuna prezident nümayəndəsi postuna təyin etmişdi. Bundan iki il sonra isə yenicə yaradılmış Milli Qvardiya direktorunun müavini postu ona tapşırılıb.
Avar-dargin rotasiyası
İki dağıstanlı təhlilçi – Xancan Qurbanov və Hacimurad Sagitov «Regnum » xəbər portalına bildiriblər ki, Moskva respublikanın qüdrətli klanları və ya iqtisadi maraqları ilə heç bir əlaqəsi olmayan namizəd axtarır.
«Novoye Delo » qəzetinin baş redaktoru Sagitov bildirib ki, bu mənada Məlikov ideal namizəddir. Lakin digər tərəfdən onun bu vəzifədən dəfələrlə imtina etməsi elə həmin yerli qüdrətli klanlara görə olub.
Fuller yazır ki, Dağıstana rəhbər seçimində Putinin qarşısında iki aşkar faktor dayana bilər. Bunlardan birincisi Dağıstan rəhbərinin növbəli şəkildə ya avar, ya da dargin olması kimi bir ənənənin mövcudluğudur.
Dağıstan Respublikasının rəhbəri postunu adətən növbə ilə bu diyarın iki ən böyük xalqının nümayəndələri tutublar. Abdulatipov avar idi, ondan əvvəl həmin postu milliyyətcə dargin Maqomedsalam Maqomedov tutmuşdu.
Məhz buna görə də bəzi təhlilçilər 2012-ci ildən Rusiya prezident administrasiyası başçısının müavini olan Maqomedovun Maxaçqalaya qayıtmasını istisna etmirlər.
Bu vəzifə üçün adları namizəd kimi hallandırılan başqa darginlər Federasiya Şurası spikerinin müavini İlyas Umaxanov və 2014-cü ildək Abdulatipovun baş naziri olmuş biznesmen Muxtar Məcidovdur. Lakin bu namizədlərin üçü də yerli biznes və klanlara bağlılığı olan adamlardır.
Qeyri-dargin
Fuller yazır ki, bəzən Putin milli münasibətlərin mürəkkəbliyinə səthi yanaşmağı xoşlayır. Bu səbəbdən ola bilər ki, o Dağıstan liderinin iki millətdən birinin nümayəndəsi olması prinsipini pozsun.
Belə olarsa, Dağıstanın ən yüksək postunu tuta biləcək bəzi qeyri-darginlər də var.
Bunlar - daxili işlər naziri, general Abduraşid Maqomedov (ləzgi) və Yangınsöndürmə Xidməti Akademiyasının rektoru, general-leytenant Şamsutdin Dagirovdur (qumıq).
Jurnalist Milrad Fatullayev bildirir ki, Məlokovu Şimali Qafqaz nümayəndəsi postunda əvəz etmiş Oleq Belaventsev Dagirov üçün lobbiçilik edir.
Başqa nazmizədlərin arasında baş nazirin müavini Aleksandr Xloponinin də adı çəkilir. O Məlikovdan əvvəl Putinin Şimali Qafqazdakı xüsusi elçisi postunu tutub.
Abdulatipov sentyabrın 28-də Dağıstan parlamentinə deyib ki, Putinə onun yerinə qoyula biləcək namizədlərin adlarını verib, lakin jurnalist Fətullayevin fikrincə, Rusiya lideri bunları nəzərə almaya da bilər. Putinin bu vəziyə yalnız ona bəlli motivlərlə çox gözlənilməz bir şəxsi təyin etməsi mümkündür.