Ukrayna üçün Marşall planı
Plan gələn ay «Şərq tərəfdaşlığı» sammitində təqdim olunacaq
AZƏR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
«Şərq tərəfdaşlığı» sammitinin noyabrda Brüsseldə keçiriləcək sammitində Ukrayna üçün yeni bir plan təqdim olunacaq. «Ukrayna üçün yeni investisiya - Avropa planı» adlanan sənəddə söhbət maliyyə dəstəyindən gedir. Lakin məsələ ondadır ki, iqtisadi inkişaf üçün təkan rolunu oynayacaq planın təsdiq olunmasında Avropanın əhval-ruhiyyəsi və Ukraynadakı vəziyyət mühüm rol oynayacaq. Kiyevə kömək barədə söhbətlər 2014-cü ildən gedir. O zaman bu yardım ABŞ-ın bir vaxtlar Avropanı xilas etdiyi Marşall planı ilə eyniləşdirilmişdi. «Maydan» hərəkatından sonra maliyyə yardımı haqqında plan təxirə düşdü. Son üç il ərzində Ukrayna Qərb və dünyanın maliyyə institutları tərəfindən elə də ciddi yardımlar almadı. Təqribən 20 mlrd. dollar kredit aldı və elə o həcmdə də müxtəlif borc öhdəliklərini yerinə yetirdi. Marşall planı barədə isə bu ilin martında danışılmağa başlanılıb. Avropa Xalq Partiyasının Maltada keçirilən toplantısında Avropa İttifaqı və digər üzv olmayan dövlətlərdən Ukraynaya maliyyə yardımı ayrılması barədə qətnamə qəbul edildi. Tədbirdə çıxış edən prezident Petro Poroşenko avropalı tərəfdaşları Ukrayna üçün Marşall planının tez bir zamanda reallaşmasına çağırdı. Bu yaxınlarda bəlli olub ki, sənədin adı «Ukrayna üçün yeni investisiya - Avropa planı» adlanacaq. Onun müəllifi isə Litvanın keçmiş baş naziri Andryus Kubilyusdur.
«Biz belə bir qənaətə gəlmişik ki, Rusiyanın əsas məqsədi Ukraynaya uğurlu dövlətə çevrilməsinin qarşısını almaqdır. Rusiya Ukraynanın uğur qazanmasını əsas təhlükə kimi nəzərdən keçirir» deyə planın müəllifi bildirib. Onun sözlərinə görə, əsas məsələ bu təhlükənin güclənməsinə yol verməməkdir. Ukraynaya yardımın həcmi də müəyyən edilib – Avropa İttifaqının illik büdcəsinin 3 faizi. Bu isə təqribən 30 mlrd. avro deməkdir. Ukrayna baş nazirinin müavini Stepan Kubiv proqramın 10 il üçün nəzərdə tutulduğunu bildirib. İl ərzində 5 mlrd. avro maliyyə axını isə Ukrayna ümumdaxili məhsulunun həcmini 6-8 faiz artırmağa imkan verə bilər.
Lakin əksəriyyət bu qənaətdədir ki, Rusiya nəyin bahasına olursa-olsun Ukraynanın çiçəklənməsinə imkan verməyəcək. Məsələn, «Şimal axını-2» layihəsi məhz bu məqsədlə irəli sürülüb. Burada hədəf Ukraynanın tranzit ölkə imkanlarını minimuma endirməkdir.
Rusiya ilə münasibətlərdə normallaşma hələ uzun zaman olmayacaq. Çünki hazırda da tərəflər bir-birini ittiham etməkdə davam edirlər. Bu dəfə Kiyev Moskvanı ona qarşı silahlı mübarizəyə hazırlaşmaqda ittiham edib. Ukrayna Silahlı Qüvvələri baş qərargahının rəhbəri Viktor Mujenko bildirib ki, Moskva verdiyi vədə xilaf olaraq Belarusda keçirdiyi manevrlərdən sonra orada özünün qoşun hissələrini saxlayıb. Viktor Mujenkonun Reuters agentliyinə müsahibədə verdiyi bu bəyanat Moskva və Kiyev arasındakı gərginliyi daha da artıra bilər. Bu iddia habelə Belarus Müdafiə Nazirliyinin sentyabrın 28-də verdiyi xəbərlə ziddiyyət təşkil edir. Nazirlik rəsmi açıqlamasında bildirmişdi ki, «Zapad 2017» hərbi təlimlərində iştirak edən Rusiya hərbçilərinin son eşelonu Belarusu sentyabrın 28-də tərk edib. Mujenko deyib ki, «bizdə olan informasiyaya görə onlar bəyan edilmiş 12500 hərbçinin yalnız kiçik bir hissəsini Belarusdan çıxarıblar». Mujenko bunu da əlavə edib ki, Moskvanın Belarus ərazisində 3000 hərbçisinin olduğunu iddia etməsinə baxmayaraq, əsl rəqəm bundan yüksəkdir. Sentyabrın 14-20-də Belarusda və Rusiyanın qərb regionlarında keçirilən böyük hərbi manevrlər NATO ölkələrini ciddi narahat edirdi. Moskva və Minsk bu hərbi təlimlərdə hər iki ölkədən 12700 hərbçinin iştirak etdiyini bildirsələr də, Qərb rəsmiləri əslində söhbətin 100 min əsgərdən getdiyini deyirdilər. Belarus prezidenti Aleksandr Lukaşenko təlimlərin son günündə bəyan etmişdi ki, manevrlərdən sonra bütün Rusiya hərbçiləri ölkəni tərk edəcəklər.
Öz növbəsində Ukraynanın «Korrespondent» nəşri maraqlı bir analiz aparıb. Nəşr bu qənaətə gəlib ki, dünyada fırıldaqçı imici ilə tanınan Corc Soros növbəti dəfə Ukraynada vəziyyəti dəyişməyə çalışır. Nəşr yazır ki, əcnəbi investorlar və lobbistlər artıq Ukraynadakı mövcud rejimi dəyişmək barədə ssenarilər hazırlayıblar. Məqsəd isə daha sözəbaxan bir Ukrayna qazanmaqdır. Nəşr yazır ki, M.Saakaşvilinin Ukraynaya dönüşü də bu layihənin bir hissəsidir. Sorosla bağlı Amerika cəmiyyətində qızğın mübarizə getdiyi iddia edilir. «Vaşinqtonun nüfuz dairəsinə daxil edilən Ukrayna da digər dövlətlər kimi, həmin qruplaşmalar arasında gedən mübarizənin girovuna çevrilib», - deyə məqalədə iddia edilib. (kaspi.az)