23:38 | 12 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 2692 dəfə baxılıb
Şriftin ölçüsü
«Lufthansa», «Air Berlin»i satın alır
81 təyyarə, 3 min əməkdaşla birlikdə
MÖVZU İLƏ ƏLAQƏLİ
Almaniya mediasında yer alan xəbərlərə görə, «Lufthansa»nın İcraçı Direktoru Karsten Spor (Carsten Spohr), Berlində verdiyi açıqlamada «Lufthansa»nın, iflas edən hava yolu şirkəti «Air Berlin»i 81 təyyarəsi və 3 min əməkdaşı ilə satın alacağını deyib.
İki hava yolu şirkətinin satınalma müqaviləsini bu gün Berlində imzalayacağını bildirən Spor, «Bu gün bir neçə saat ərzində imza atacağımız böyük gündür», - ifadəsini istifadə edib.
Spor, satınalma razılaşması ilə rəqabətin Avropa və dünya miqyasında intensiv xarakter alacağını, bilet qiymətlərində daha da azalma olacağını qeyd edib.