«Lufthansa»da pliot «qiyam»ı
Almaniya Hava Yolları tətilə görə 876 uçuşu ləğv edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Azərbaycanın ılk qanadlı qızı»
Ölkənin hərbi tarixini yaradanlardan biri - Züleyxa Seyıdməmmədovanın hekayəsı
-
«Lufthansa», «Air Berlin»i satın alır
81 təyyarə, 3 min əməkdaşla birlikdə
-
5-50 ildə təyyarələrin gələcəyi
Səsdən iti, ayaqüstə, baqajsız və pulsuz uçuş?
-
«Lufthansa» aviaşirkəti çərşənbə günü pilotların tətilinə görə 876 uçuşu ləğv edir, Almaniya şirkətinin mətbuat xidməti bildirir. Məlumata əsasən tətil gününə təyin edilən 3000 reysdən yalnız 2124-ü həyata keçiriləcək.
Çərşənbə günü uçuşların ləğvi 100 min sərnişinin səyahət planına təsir göstərəcək.
««Lufthansa» müştərilərini maksimal dərəcədə məlumatlandırmaq və imkan daxilində başqa uçuşlardan istifadə etmək fürsətini vermək üçün səylərini əsirgəmir», - sərnişinlərə üzrxahlığını bildirən şirkətin rəsmi açıqlamasında deyilir.
Çərşənbə günü «Lufthansa» və onun törəmə şirkəti olan «Eurowings»in pilotları Almaniya Mülki Aviasiya İşçilərinin «Cockpit» Həmkarlar İttifaqının çağırışı ilə növbəti tətilə qatılırlar.
Pilotların əsas tələbi maaşların artırılmasıdır.
Tətil gecəyarısı başlayaraq bir sutka davam edəcək.
Həmkarlar ittifaqı son 5 ildə dondurulmuş maaşların hər bir ilinə 3,6 faiz əlavə ödəniş tələb edirlər ki, buda məvaciblərin 20 faiz artması deməkdir.
Bu 2014-cü ildən bəri «Lufthansa» pilotların sayca 14-cü tətilidir.