vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ELM-TEXNİKA  
17:36 | 29 iyul 2017 | Şənbə Məqaləyə 3095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5-50 ildə təyyarələrin gələcəyi

Səsdən iti, ayaqüstə, baqajsız və pulsuz uçuş?

MÖVZU İLƏ ƏLAQƏLİ

Pilotsuz təyyarələrdən tutmuş evdə baqaj təsliminə və ayaqüstü uçuşu nəzərdə tutan təyyarə səfərini dəyişdirəcək bir çox yenilik artıq yaxındadır. Britaniyanın «Daily Telegraph» qəzeti bu sahədə gələcək 50 il ərzində baş verəcək inkişaf barədə yazıb.

 

5 il ərzində

 

Pasportların sonu gəlir

Üz tanıma texnologiyası artıq gedərək yayılmağa başlayıb. Bir Britaniya şirkətinin hazırladığı və Dubay beynəlxalq hava limanında bu il ərzində tətbiqinə başlanacaq sistem sərnişinlərin üzünü tanıyıb rəqəmsal pasport şəkilləriylə müqayisə edəcək.

Avstraliya «təmas olmadan» pasport nəzarətinə keçməyə hazırlaşır. 2019-cu ilin martında tətbiq ediləcəyi gözlənilən sistemlə xarici xətt sərnişinləri daxili xətlərdəki kimi heç bir nəzarətdən keçmədən terminaldan çıxacaqlar.

 

Təyyarədə idman 

Təyyarədə oturmaq, bir neçə saatını keçirmək ən sağlıqsız yol ola bilər. «Airbus» şirkətinin hazırladığı modullar konsepsiyasına görə təyyarələrdə fərqli məqsədlər üçün istifadə olunacaq bölümlər olacaq.

Hava limanı şirkətlərinə yeni gəlir mənbələri yaratmağı hədəfləyən bu konsepsiyaya təyyarələrdə idman zallarının olması da daxildir.

 

Havada «Starbucks»

«Airbus»un digər layihəsi isə beynəlxalq qəhvə şəbəkələrinin təyyarələrdə qəhvə satmasıdır.

 

Oyun salonu

Bu modullar uşaqlar üçün oyun sahəsi kimi də istifadə olunacaq. Ailələr üçün səsi izolyasiya edən otaqlar da planlar arasındadır.

 

Pulu sərnişinlər deyil, aviaşirkətlər ödəyəcək

Mütəxəssislərin fikrincə, sərnişinlərin bilet üçün pul verməsi keçmişdə qala bilər. Otel və avtomobil kirayə etmək kimi əlavə xidmətlərin aviaşirkətlərə kreslo üçün tələb edilən ödənişlərdən daha çox gəlir gətirəcəyi hesablanıb.

Bu vəziyyətdə aviaşirkətlərin bu xidmətləri satın alan müştərilərə bileti pulsuz verə biləcəkləri bildirilir.

Təcrübələrini sosial şəbəkələrdə paylaşan sərnişinlərə ödəniş edilməsi də gündəmdədir.

 

Baqajsız səyahət 

Oktyabrda «AirPortr» adlı Britaniya şirkəti sərnişinlərin baqaj əməliyyatlarını evlərindən həyata keçirmələrini təmin edəcək bir xidmətə başlayır.

Baqajlar evdən alınaraq təyyarəyə təhvil veriləcək. Baqajların itməsi məsələsi də bu yolla öz həllini tapacaq.

Belə ki, üzərinə kabelsiz cihazlar yerləşdirilən çamadanların harada olduğu müəyyən ediləcək. TUMİ adlı bir şirkət bu məqsədlə bu ay «Global Locator» (qlobal axtarış) adlı bir məhsul istehsal edib.


Mənzərəli səyahət

Fokker Technologies şirkəti «Boeing» üçün mənzərəli pəncərələr hazırlayıb. 2018-ci ildən etibarən bəzi təyyarələrdə biznes klassda 137 santimetr uzunluğunda və 45 santimetr genişliyində pəncərələr olacaq.

 

Şəlaləli hava limanları

Terminalda təyyarəni gözləmək bir çox insanlar üçün darıxdırıcı ola bilər. Gələcəkdə hava limanları da çox dəyişəcək.

Sinqapurdakı «Changhi» hava limanının bir terminalı 1 milyard 700 milyon dollar vəsaitlə yenilənib. Meşəlik içində yerləşən terminalda 5 qat bağça, şəlalələr, yüzlərlə restoran və bir otel var.


10 il ərzində


Təyyarədə ayaqüstü uçuş

Təyyarələrə daha çox sərnişin qəbul etmək üçün ayaqüstü sərnişin daşımaq ideyası yeni deyil. «Viva Colombia» şirkəti sərnişinləri bar stullarına bənzər kreslolarda daşımaq fikrini araşdırır. Bu fikri 2003-cü ildə «Airbus» irəli sürmüşdü.

 

Supersonik təyyarələr

Sərnişinlərin bir yerdən başqa bir yerə səs sürətində səyahət etməsini təmin edəcək supersonik uçuşlar yenidən gündəmdədir.

İngilis iş adamı Riçard Branson (Richard Branson) ötən il supersonik təyyarə prototipi hazırlayan «Boom» adlı texnologiya şirkətinə dəstək verib.

«Boom» nümayəndələri deyirlər ki, «Concorde» - dizaynerlərinin uyğun qiymətə sərnişin daşıyacaq texnologiyası yoxdur. Amma bizim var».

Şirkət bu təyyarələrin London-Nyu York arasındakı məsafəni 7 saatdan 3.5 saata endirəcəyini söyləyir.

NASA da səs sürətiylə gedən, amma «Concorde»dan yüzdə 50 faiz daha az səssiz olan bir təyyarəni 2020-ci ildə sınaqdan keçirməyi planlaşdırır.


20 il ərzində


Daha çox gecikmələr

Gələcəkdə hava nəqliyyatının çoxalması səbəbiylə gecikmələr də artacaq. Böyük Britaniyada 2030-cu ilə qədər gecikmələrin 44 qat artacağı hesablanıb.

 

Daha çox turbulentlik 

Elm adamları iqlim dəyişikliyi səbəbiylə uçuşlar zamanı turbulentliyin (hava cərəyanında burulma) daha da artacağını söyləyirlər.

 

50 il ərzində

 

Pilotsuz təyyarə

Mütəxəssislər 50 ilə qədər pilotsuz təyyarələrin xidmət göstərməyə başlayacağına inanırlar. Ticarət təyyarələri hal-hazırda avtomatik olaraq qalxır, uçur və enir. Ancaq bu təyyarələrin hələ ki, təcili vəziyyətlərdə enmə bacarığı yoxdur.

2016-cı ildə Çinin Tianjin şəhərində keçirilən Dünya İqtisadi Forumunda PiBot adlı robot pilot nümayiş etdirilmişdi.