Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:12 | 8 may 2025 | Cümə axşamı
Məqaləyə 225 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Yəməndəki “Husilər” terrorçu qruplaşmaları dünən Omanın ABŞ və Husilər arasında atəşkəs razılaşmasının əldə edildiyinə dair bəyanatına istinad etmədən İsrailin Yəməndəki hava hücumlarına cavab olaraq hücumlarını davam etdirəcəklərini və İsraildən qisas alacaqlarını açıqladılar.
Husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət hücumların davam edəcəyini bildirib.
İsrail, İranın dəstəklədiyi husilər tərəfindən Tel-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanı yaxınlığında vurulan raketə cavab olaraq ötən gün hava limanı və elektrik stansiyaları da daxil olmaqla, Sanada Husilərin nəzarətində olan infrastrukturu iki gün bombalayıb.
Husilərin sözçüsü Məhəmməd əl-Buhayti “Bloomberg”ə verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın husilərin Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağa söz verdiyinə dair dünənki açıqlamalarını təkzib edib.
Buhayti, Trampın açıqlamalarının doğru olmadığını və husilərin Qəzza zolağında fələstinlilərə dəstək olaraq Qırmızı dənizdəki gəmilərə hücumlarını dayandırmayacağını bildirib.
Tramp husilərin Qırmızı dənizdə gəmilərə hücumları dayandıracağını vəd etdiyini və ABŞ-ın buna inanaraq husilərə qarşı əməliyyatlarını dərhal dayandıracağını açıqlamışdı.
ABŞ prezidenti açıqlamasında, “Husilər artıq döyüşmək istəmədiklərini və ya ən azı bizimlə döyüşmək istəmədiklərini bəyan etdilər. Biz buna hörmətlə yanaşacağıq və bombardmanı dayandıracağıq, onlar təslim oldular”, – demişdi.
Trampın açıqlamalarından sonra husilərin baş müzakirəçisi Əbdülqadir əl-Mürtəza bildirib ki, ABŞ müharibədən çəkilmək qərarına gəlsə, heç bir problem olmayacaq, ancaq müharibə dayanana qədər Qəzzaya dəniz və havadan dəstək kəsilməyəcək.
Bu, İsrailin dünən səhər tezdən Səna hava limanını hədəf alması və husilərin bazar günü Ben Qurion Beynəlxalq Hava Limanı yaxınlığında husilərin hücumuna cavab olaraq əməliyyatlarını pozmasından sonra baş verib.
İsrail bazar ertəsi Yəmənin qərbindəki Hudeyda limanını da hədəfə almışdı.