
Trampdan yeni tarif həmləsi
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Məlumata görə, Ukrayna parlamenti ABŞ və Ukrayna arasında mayın 1-də imzalanmış “iqtisadi tərəfdaşlıq” sazişini təsdiqləyib.
Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” hesabından verdiyi yazılı açıqlamada ABŞ ilə imzalanan “iqtisadi ortaqlıq” müqaviləsi üçün parlamentdə səsvermə keçirildiyini bildirib.
Ukrayna Parlamentinin razılaşmanı təsdiqlədiyini qeyd edən Şmıqal, “Biz birlikdə iqtisadiyyatımızı dirçəltmək, Ukraynanı gücləndirmək və xalqın rifahını yüksəltmək istiqamətində mühüm addım atdıq”, – dedi.
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak da sosial media hesabında 338 deputatın razılaşmaya “hə” səs verdiyini bildirib.
***
ABŞ və Ukrayna uzun sürən danışıqlardan sonra mayın 1-də nadir torpaq elementlərinin istifadəsini ehtiva edən “iqtisadi tərəfdaşlıq” sazişinin imzalandığını elan ediblər.
İqtisadi tərəfdaşlıq sazişi “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu”nun yaradılmasını nəzərdə tutur.
İki ölkə arasında imzalanan “iqtisadi tərəfdaşlıq” sazişi ABŞ-a Ukraynanın təbii sərvətlərinə bu günə qədər verdiyi hərbi və maliyyə dəstəyi müqabilində çıxış imkanı verəcək.
ABŞ prezidenti Donald Tramp sazişlə bağlı verdiyi son açıqlamada ABŞ və Ukrayna arasında imzalanan iqtisadi tərəfdaşlıq sazişinin Kiyev üçün “təhlükəsizlik zəmanəti” olacağını və Rusiyanı “bloklaya” biləcəyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski razılaşmanı dəyərləndirərək, “Müqavilədə heç bir borc yoxdur. Ukraynaya sərmayə qoyacaq və buradan pul qazanacaq bir inkişaf fondu yaradılır”, – dedi.