Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
13:28 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 339 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
Los-Ancelesdən Şanxaya uçan “United Airlines”a məxsus “Boeing 787” təyyarəsi pilotlardan birinin pasportsuz havaya qalxdığı aşkar edildikdən sonra Sakit Okean üzərindən geri qayıdıb.
Ötən həftə Los-Ancelesdən Şanxaya uçan “United Airlines”a məxsus “Boeing 787” təyyarəsi pilotlardan birinin pasportsuz havaya qalxdığı aşkar edildikdən sonra sonu geri qayıtmaq məcburiyyətində qalıb. CNN İnternational xəbər verib ki, aviaşirkət hadisəni onlara təsdiqləyib. Xəbəri mediaya ilə paylaşan Yanq Şuhan Los-Ancelesdən havaya qalxan və iki saat sonra geri qayıdan “United Airlines” “Boeing 787”nin sərnişinlərindən biri olub.
***
“UA 198” saylı reysi 22 mart şənbə günü yerli vaxtla saat 14:00 radələrində Los-Anceles Beynəlxalq Hava Limanından (LAX) göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü ilə Sakit Okeanın şimal-qərbinə, Çinin ən böyük şəhərinə doğru yola düşüb.
“FlightAware” saytına görə, təxminən iki saat sonra təyyarə geri dönərək San-Fransiskoya istiqamət alıb və yerli vaxtla saat 17:00 radələrində yerə enib.
"Yunayted"in bəyanatında deyilir: "Pilotun yanında pasportu olmayıb. Biz elə həmin axşam müştərilərimizi təyinat yerlərinə çatdırmaq üçün yeni heyət təşkil etdik. Sərnişinlərə yemək kuponları və kompensasiyalar təqdim etdik”.
Yeni heyətlə təyyarə axşam saat 9 radələrində yenidən havaya qalxaraq Şanxaya planlaşdırılan vaxtdan təxminən altı saat gec çatıb.
***
Təyyarədə olan çinli sərnişin Yang Şuhan CNN-ə bildirib ki, pilot elan zamanı çox qəzəbli tonda danışıb və pasportunu unutduğunu deyib. San-Fransiskoya endikdən sonra Yanq ümumi dəyəri 30 dollar olan iki yemək çeki aldı və onları hava limanındakı Yapon restoranında yemək üçün istifadə etdi. O, həmçinin “United Airlines”in saytında təzminat iddiası qaldıra biləcəyini və 14 iş günü ərzində cavab alacağını öyrəndiyini bildirib.
Çinin şərqindəki Hançjou şəhərindən olan Yanq işgüzar səfərdən qayıdırmış. Bazar ertəsi saat 00:43-də Şanxaya çatanda onu hələ iki saat yarımlıq bir yol gözləyirmiş və buna görə özünü çox yorğun hiss etdiyini deyib.
Gözlənilməz gecikmə bazar ertəsi iş planlarını pozsa da, Yanq pilotun dürüstlüyünü yüksək qiymətləndirdiyini deyib. Lakin o, əlavə edib ki, bir çox digər sərnişinlər Çinin “Instagram”a bənzər platforması olan “RedNote”da qəzəbli şərhlər yazıb.
Sərnişinlərdən biri soruşub ki, insan öz işində necə belə böyük səhvə yol verə bilər? Bu sərnişinin paylaşımı 10 mindən çox bəyənmə toplayıb.