vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 iyul 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QƏZA, FACİƏ  
Hindistanda helikopter qəzaya uğradı 11:27 | 8 may 2025 | Cümə axşamı Məqaləyə 225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hindistanda helikopter qəzaya uğradı

5 nəfər öldü, 2 nəfər yaralanıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanda yeddi nəfərlik mülki helikopter qəzaya uğrayıb. “India Today”in məlumatına görə, hadisə yerli vaxtla səhər saat 9:00 radələrində Uttarkaşi rayonunda yerləşən Qanqanani qaynar bulaqları yaxınlığında baş verib.

Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 1-i ağır olmaqla 2 nəfər yaralanıb.

Uttarakhand əyalətinin baş naziri Puşkar Sinq Dhami helikopterin qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verdiyini bildirib.

Bildirilib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopter Qanqotriyə gedərkən baş verib.

***

Digər tərəfdən, Hindistan və Pakistan arasında münaqişələr davam edir. Hindistanın hücumlarında 31 nəfər pakistanlı həyatını itirərkən, Hindistan rəhbərliyi Pakistanın cavab hücumlarında 10 mülki vətəndaşın həlak olduğunu açıqlayıb.