ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
08:40 | 8 may 2025 | Cümə axşamı
Məqaləyə 105 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qızıl dünən Federal Ehtiyatın (FED) faiz dərəcələrini sabit saxlamasından və ABŞ sədri Cerom Pauell ticarət müharibəsi ilə bağlı qeyri-müəyyənliklərə baxmayaraq dərəcələri azaltmağa tələsmədiyini söylədikdən sonra çərşənbə günü 2 faiz enişdən sonra yenidən bahalaşıb.
Qızıl əvvəlki sessiyadakı itkilərdən sonra bir unsiya üçün təxminən 3,375 dollara satılıb. Pauell xəbərdarlıq edib ki, prezident Donald Trampın tarif planı həm inflyasiyanı artıra, həm də iqtisadi artımı ləngidə bilər. Lakin o, FED-in iqtisadiyyatın istiqaməti ilə bağlı daha aydın bir mənzərə ortaya çıxana qədər siyasəti sabit saxlamaq mövqeyində olduğunu söylədi.
“İnflyasiyaya təsirlər qısamüddətli ola bilər və sadəcə qiymət səviyyələrində birdəfəlik dəyişikliyi əks etdirir”, – Pauell deyib. Bununla belə, FED rəhbəri əlavə edib ki, ola bilsin ki, bu inflyasiya təsirləri daha davamlı ola bilər. O, ticarətə aydınlıq gətirmək üçün Ağ Evdən addım gözlədiklərini bildirib.
Dollar Pauellin açıqlamalarından sonra güclənib. Bu, digər valyutalara sahib olan alıcılar üçün qızılı bahalaşdırıb. Faizin düşürülməsi ehtimalının azalması qızıl üçün də mənfidir, çünki qızıl faiz gəliri təmin etmir və buna görə də aşağı faiz mühitlərində daha cəlbedici olur. İnvestorlar hələ də 2025-ci ilin qalan hissəsində ən azı üç faiz endirimi gözləyirdilər, bazar isə bu ehtimal iyul ayında gözləyir.
İnvestorlar Ağ Evin son ticarət elanlarını da yaxından izləyirlər. Dünən günü Tramp, bu həftə İsveçrədə Çinlə keçiriləcək əsas görüşdən əvvəl tarifləri qabaqcadan azaltmaq istəmədiyini təkrarladı.
Sinqapur vaxtı ilə səhər saat 8:40-a olan məlumata görə, spot qızıl 0,5 faiz artaraq bir unsiya üçün 3,382,82 dollar olub. “Bloomberg Dollar Spot” İndeksi Çərşənbə günü 0.5 faiz artdıqdan sonra sabit idi. Gümüş sabit qaldı, palladium isə bir qədər bahalaşıb.