Sərhədsiz iyrənclik ..
... Yaxud Kreml üçün qorxulu diaqnoz
12:06 | 8 may 2025 | Cümə axşamı
Məqaləyə 396 dəfə baxılıb
Şriftin ölçüsü
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Avropada İkinci Dünya müharibəsində qələbə bu gün – 8 mayda qeyd olunur. Ukrayna da artıq 10 ildir ki, nasizm üzərində qələbəni Avropa dövlətləri ilə birgə 8 mayda qeyd edir. Böyük Vətən müharibəsində faşist Almaniyasının ilk zərbəsiylə Ukrayna və ukraynalılar üzləşiblər. Ukrayna bu müharibədə 8 milyondan çox insanını itirib. Bunun 5 milyonu mülki vətəndaş, 3 milyonu hərbçi olub. Müharibə illərində sovet ordusu sıralarında 7 milyon ukraynalı xidmət keçib. Ukraynalılar nasistlərə qarşı mübarizədə partizan hərəkatında da fəal iştirak ediblər. Beləliklə, nasist Almaniyası üzərində qələbədə ukraynalıların böyük payı var.
Buna baxmayaraq, nasizm üzərində qələbə Ukrayna və ukraynalılara azadlıq və firavan həyat gətirmədi. Müharibədən sonra kommunist sistem ukraynalıları yenidən aclıqla sınağa çəkdi, Qərbi Ukraynada repressiyaların miqyası artdı, tatarlar Krımdan sürgün edildi. Ukraynada acı tarix yenidən təkrarlanır. Rusiya 2014-cü ildə əvvəlcə Krımı ilhaq etdi, 8 il sonra Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Rusiya Prezidenti Vladimir Putinin “bir neçə günə Kiyevi ələ keçirib, hakimiyyəti dəyişib məsələni həll edərik” planı alınmadı. Müharibə dördüncü ilinə keçib və Rusiyanın işğalçı ordusu Ukrayna ərazisində ilişib qalıb, gündəlik itkiləri minlərlə hərbçidir. Əlbəttə, Ukrayna da itirir, şəhərləri bombalanır, hərbçiləri və mülki insanları ölür. Ancaq Ukrayna böyük qonşusu qarşısında təslim olmur, müqavimətini davam etdirir, hətta Rusiyanın hava limanlarını xaosa sürükləyib, təyyarələr havaya qalxa bilmirlər. Rusiyanın hava sahəsi təhlükəsiz deyil. Ona görə də, Prezident İlham Əliyev Putinin 9 may paradına qatılmamaqla doğru və strateji qərar verdi. Böyük Vətən müharibəsinə 600 min azərbaycanlı cəlb olunub və onların yarısı geri qayıtmayıb. Bu mənada Böyük Vətən müharibəsindəki qələbədə azərbaycanlıların da payı böyükdür. Azərbaycan nefti olmadan SSRİ faşist Almaniyası üzərində necə qələbə əldə edə bilərdi?
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, bunu İlham Əliyev hər fürsətdə səsləndirir, Moskvada 9 mayda paradda iştirak isə dolayısıyla işğalçıya dəstək mənasını verə bilərdi. Üstəgəl dekabr ayında Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin raketlə vurulmasına Moskva aydınlıq gətirməyib. Bütün bunları nəzərə alaraq Böyük Vətən müharibəsində qələbəni Bakıda qeyd etmək, ənənəvi olaraq Şəhidlər Xiyabanındakı Həzi Aslanovun heykəlinə çələng qoymaq, sağ qalan veteranlarla görüşmək Moskvada paradda iştirak etməkdən əhəmiyyətlidir.