İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
07:01 | 8 may 2025 | Cümə axşamı
Məqaləyə 352 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın paytaxtı Tehranda 700-ə yaxın bank şöbəsində enerjiyə qənaət tədbirləri çərçivəsində müəyyən edilmiş istehlak həddini aşdıqları səbəbilə elektrik enerjisi kəsilib.
Bu xəbəri İranın elektrik paylayıcı şirkəti “Tevanir”in baş direktoru Mustafa Rəcəbi Məşhədi dövlət televiziyasında verdiyi açıqlamada enerjiyə qənaət tədbirləri çərçivəsində görülən tədbirləri açıqlayarkən deyib
Abunəçilərin istifadə limitini aşması halında hər 20 dəqiqədən bir 1 saat elektrik kəsilməsi tətbiq olunduğunu qeyd edən Məşhədi, tətbiqin ağıllı sayğaclar vasitəsilə həyata keçirildiyini bildirib.
"Dünən Tehranda təxminən 700 bankın elektrik enerjisi istehlak həddini keçdiyi müəyyən edildikdən sonra kəsilib", - Məşhədi bildirib.
İran rəsmisi elektrik enerjisinin əhaliyə ədalətli şəkildə çatması üçün yaşayış, ticarət və inzibati abonentləri qənaət etməyə çağırıb.
Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi, qeyri-adekvat infrastruktur və sürətlə artan enerji tələbi səbəbindən enerji böhranı yaşayır.
İranda enerji tələbatı xüsusilə isti havalarda kondisionerlərdən istifadə olunduğu zaman pik həddə çatır. Ölkədə enerjiyə qənaət praktikası geniş yayıldıqca, səlahiyyətlilər resurslardan səmərəli istifadə etməyə çağırırlar.