vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:16 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zərəri geri ödəməlidir»

İranın eks-prezidenti dövlətə 3,5 milyard dollar ziyan vurub

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkə rəhbəri olduğu dövrdə - 2009-cu ildə neft gəlirləri ilə bağlı qanunsuzluqlarla əlaqədar dövlətin məruz qaldığı zərəri ödəməsi barədə qərar çıxarıldığı məlum olub.

Bu barədə İran parlamentinin İCANA informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən M. Əhmədinejad prezident olduğu, 9-cu və 10-cu hökumətlərin fəaliyyət göstədiyi dövrdə neft məhsulları idxalı və neft gəlirlərindən xəzinəyə pul ayrılması məsələsi ilə əlaqədar dövlətin məruz qaldığı 3,5 milyard dollar vəsaiti ödəməyə məhkum edilib.

Parlamentin Planlaşdırma və büdcə komissiyasının sədri Qolamrza Tacgerdun bildirib ki, M.Əhmədinejadın əmri ilə İran Milli Neft Şirkəti qanuna zidd olaraq neft məhsulları idxal edib və şirkət gəlirlərindən dövlət xəzinəsinə qanunsuz pullar ödənib. G.Tacgerdun qeyd edib ki, bununla bağlı sənədlər araşdırılıb: «Mahmud Əhmədinejad 3,5 milyard dollarlıq zərəri geri ödəməlidir».