Orta yaş həddi 50-dən 37-yə enən ölkə
Zimbabve əhalisi Muqabenin vədlərinə inanmır…
İlham CƏMİLOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
...Filləri kəsib yeyəcəklər
26 ildən sonra ilk dəfə ...
-
45 milyon uşaq acından ölür
Dəhşətli statistika - dünya ərzaq qıtlığı ilə üz-üzədir
-
Arvadını da götürüb gedir
Muqabe kəndə köçür
-
«Ordu çevriliş etməyib»
Zimbabve Ali Məhkəməsi hərbi müdaxiləni qanuni saydı
-
«Timsah» ləqəbli prezident
93 yaşlı Müqabenin taxtına keçən Emmerson Mnanqaqva haqqında bilmədiklərimiz
-
Muqabedən sonra növbə kimdədir?
Devrilmək növbəsi çatmış diktatorların siyahısı
-
Mnanqaqva and içdi
Zimbabvenin yeni prezidenti inaqurasiya zamanı vəd verdi
-
Zimbabve lideri ev dustaqlığında
Çində həbs edilmiş ABŞ basketbolçuları vətənlərinə qayıdıb
-
Qara qitədə qaranlıq əməllər
Az qala hər daşın altından Kremlin barmağı çıxdışğı vaxtda müxalifət lideri Rusiya təyyarəsində Zimbabveyə qayıdır...
-
Robert Muqabe kimdir?
93 yaşlı diktatorun 40 illik hakimiyyətinin sonu
-
Zimbabvedə baş verənlər
Dünya daha bir diktatoru yola salır
-
Ölkəyə ordu nəzarət edir
Zimbabve prezidenti Muqabe «ev dustaqlığına alınıb», paytaxt Hararedə hərbçilər keşik çəkir
-
Zimbabvedə hərbi çevriliş
Ordu vitse-prezidentə görə Muqabeni aşırdı, hakimiyyəti ələ aldı
-
Düz 37 ildir ki, Muqabenin xeyrinə işləyən zaman, artıq 93 yaşlı bu «hökmdar»ın yükünü gələcəyə daşıya bilmir. Zimbabvedə vəziyyət gərgindir, Robert Muqabe üçün ürəkaçan deyil. Hətta bu ölkədə baş verən hadisələrlə bağlı informasiya qıtlığı olsa da belə siyasi ekspertlərin rəyi daha çox Muqabenin süqutunu əks etdirir. Bütün rəylərə nəzər yetirsək bir qənaətə gəlmək olar ki, Muqabenin Zimbabvedəki mütləq hakimiyyəti bərqərar olmayacaq.
Hazırda dünyanın siyasi müstəvisində müzakirəyə çevrilən Robert Muqabe kimdir, onun haqqında nələri bilirik?
Modern.az saytı bu suallara cavab verəcək yazını təqdim edir.
Dünyanın ən yaşlı prezidenti, 93 yaşlı Robert Muqabe 1980-ci ildən ölkəsinin birinci kürsüsünə şəriksiz sahiblik edir. O, 1980-1987-ci illərdə Zimbabvenin baş naziri, 1987-ci ildən isə prezident vəzifəsini daşıyır. Ölkədə təkpartiyalılıq sistemini yaradan, 1987-ci ildə baş nazir postunu ləğv edib özünü prezident elan edən Robert Muqabe 2018-ci ildə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcəyəni bəyan edən ölkəsinin mütləq sahibidir. Təbii ki, bu günlərdə baş verən hadisələr yəqin ki, bu «mütləqlik» statusunu artıq onun əlindən alıb.
Müddətinə görə Robert Muqabenin təcrübəsi çox olsa da, o Zimbabveni ən ağır vəziyyətə, vətəndaşlarını səfil duruma gətirib çıxarıb. Əhalinin 85 faizi işsizdir, ölkədə hiperinfilyasiyadır.
1998-ci ildə Robert Muqabe torpaq islahatı ilə bağlı Konstitusiyada dəyişiklik etmək qərarına gələndə ölkədə işsizliyin sayı daha da artıb. Dəyişiklikdə məqsəd «ağ» fermerlərin torpaq sahələrinin əllərindən alınması olub. İki il müddətində qanun icra olunub və nəticədə 3 min fermer təsərrüfatı, şəhərlərdə bu təsərrüfatlarla əlaqəli işləyən bir çox obyektlər bağlanıb. Bununla da 800 min nəfər işsiz qalıb.
Ölkənin iqtisadi durumunun kəskin şəkildə aşağı düşməsi, Avropa Birliyi ölkələrinin bu rejimə qarşı sanksiyalar tətbiq etməsi Robert Muqabini demokratik islahatlar aparmasına məcbur edə bilməyib. Əksinə, Zimbabvedə həyat tərzi aclıqların, repressiyaların, insan hüquqları pozulmalarının müşayiəti ilə günü-gündən aşağı düşüb. Əhalinin orta yaş həddi isə 50-dən 37-yə enib.
Robert Muqabe 50-ci illərdə Salli Xayfronla tanış olub və ailə həyatı qurublar. Bu nikahdan Muqabenin Maykl adında bir oğlu olub. Maykl 3 yaşında qəfil xəstəlikdən ölüb. Bundan sonra cütlüyün övladı olmayıb. Onlar birlikdə 30 il yaşayıblar. 1992-ci ildə Salli Xayfron ölüb. Hələ onun ölümündən bir neçə il əvvəl Muqabe öz katibəsi ilə sevgi romanı yaşayıb və katibə prezidentə iki övlad bəxş edib. 1996-cı ildə münasibətlərini rəsmiləşdirdikdən sonra isə üçüncü övladları dünyaya gəlib.
Ölkə əhalisi birinci xanımı zəngin yaşamağa üstünlük verən, ölkənin ən bahalı brend mağazalarını gəzən, hədsiz dərəcədə dəbdəbəni sevən xanım kimi qəbul edirlər. Əhalinin yarısının acından öldüyü bir dövrdə birinci xanımın bu həvəsi heç də hamının ürəyincə deyil.
Robert Muqabi öz ölkəsində yaddaşlarda qəddar insan kimi iz buraxıb. 2014-cü ildə Braziliyada Olimpiadada heç bir medal qazanmadığına görə prezident Zimbabve yığmasının bütün üzvlərinin həbs olunması əmrini verib. Amma az sonra «mərhəmət»ə gələrək cəzanı dəyişib və göstəriş verib ki, xərclənmiş pullar idmançılar tərəfindən ödənilməlidir.
Təntənəli ad günləri keçirməyi sevən Zimbabve prezidenti ömrünün 90 ilini geridə qoyduqdan sonra 91 yaşını daha geniş qeyd edib. Yeməklərin hazırlanması üçün 2 fil, 2 camış, 5 antilop və 1 şirdən istifadə olunub. Çəkisi 90 kq olan tort isə prezidentə xüsusi təqdim edilib.
Prezidentin özünəməxsus vergi siyasəti var. Doğuş zamanı bərk qışqıran analardan hər qışqırığa görə 5 dollar vergi ödənməsi Muqabenin vergi «kəşf»lərindən biridir. Hətta, Muqabe Avropa ölkələrinin birində olanda vergi sahəsindəki aparacağı «islahat»lardan danışarkən qeyd edib ki, Zimbabvedə fillər çox yer tutur və onlar çox su içirlər, buna görə də onlar öz sümüklərindən vergi ödəməlidirlər.
ABŞ-da eynicinsli nikahların qanuniləşdirilməsi ilə bağlı Barak Obamanın fikirlərinə Robert Muqabenin reaksiyası dünyanın siyasi müstəvisində yaddaqalan hadisələrdən biri olub. Zimbabve prezidenti amerikalı həmkarına fikirlərini təklif formasında çatdırıb: «Belə nəticəyə gəlmişəm ki, əgər Barak Obama eynicinsli nikahları təşviq edirsə, onların müdafiəsinə qalxırsa və əgər buna ehtiyac olarsa, mən Vaşinqtona gedərəm, diz üstündə dayanıb ona evlənmək təklif edərəm».
Qeyd edək ki, 2010-cu ildə Muqabe bəyan edib ki, geylər itlər və donuzlardan pisdir və konstitusiyada homoseksualların hüquqlarını təsbit etməkdən imtina edib.
Prezidentin səhhəti Zimbabvedə ən çox müzakirə olunan mövzulardan biridir. Muqabenin qadağalarına baxmayaraq, bu cür mövzular arabir mətbuat səhifələrində də özünə yer tapıb. Bildirilib ki, prezident onkoloji xəstəliklərdən əziyyət çəkir və mütəmadi olaraq Sinqapurda müalicə alır. Rəsmi mənbələr isə Robert Muqabenin xəstəliyi haqqında heç bir açıqlama verməyiblər.
Amma faktlar da öz sözünü deməkdədir. Dövlət tədbirlərinin birində Muqabe çıxış etdikdən sonra tribunadan düşərkən büdrəyib, mühafizəçilərin köməyi ilə prezidenti avtomobilinə güclə çatdıraraq aparıblar. Bu kadrları imkan tapıb çəkə bilən jurnalistləri elə həmin gün tapıb çəkilişləri ləğv ediblər.
Daha bir fakt. 2012-ci ildə Robert Muqabenin 88 yaşı minlərlə insanın iştirakı ilə ölkənin ən böyük stadionlarının birində keçirilib. Tədbir zamanı prezidentin səhhətində ciddi problem yaranıb və stadionu tərk etmək məcburiyyətində qalıb. Sonra efir vasitəsi ilə əhaliyə müraciət edən Robert Muqabe səhhətinin tam normal olduğunu bəyan edib.
Parlamentin açılışındakı çıxışının mətnini tam başqa bir mətnlə səhv salmasını isə yəqin ki, Muqabenin xəstəliyi ilə yox, yaşının yüzə doğru getdiyi ilə əlaqələndirmək daha düzgün olardı.
Zimbabvedə 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı ən maraqlı açıqlamanı isə prezidentin xanımı Qreys Muqabe verib: «Həyat yoldaşım növbəti seçkilərdə mütləq iştirak edəcək. Əgər o vaxta qədər Tanrı onun taleyinə ölüm yazsa, onun meyiti seçkilərdə namizəd kimi irəli sürüləcək. Mən tam ciddi şəkildə bəyan edirəm ki, xalq Robert Müqabenin meyitinə səs verəcəkdir».
Bu fikirlərdə bulunan xanım Muqabe, yəqin ki, bir məsələni unudub: «Həbsdə və qəbiristanlıqda olanlar prezident seçilmək hüququndan məhrumdurlar...»