İrəvan Moskvanı aldadıb
«Rusiya mətbuatının, politoloqlarının İrəvana qarşı narazılıqları getdikcə güclənəcək»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Miqrantlar üçün konslagerlər
Avropa Birliyi ölkələri pulsuz müayinəni kəsib, ödəmələri dayandırıb, sərhədləri bağlayıb, ...
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
İçərisində güllələr olan zərf
Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub
-
100-dən çox şirkət paktı imzalayıb
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
2,2 milyardlıq ziyan
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Noyabrın 24-də 6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avriopa Birliyi arasında «Şərq Tərəfdaşlığı» Sammiti keçirildi. Sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı. Bu hadisə Avrasiya İttifaqının aparıcı ölkəsi Rusiyanın qəzəbinə səbəb olub.
Bəs belə olan halda işğalçı ölkə ilə təşkilat arasında bağlanan saziş Rusiya ilə münsibətlərin zəifləməsinə gətirib çıxara bilərmi? Avropa Birliyi ilə saziş Ermənistana nə qazandıracaq?
Məsələ ilə bağlı politoloq Eldar Namazov Modern.az saytına açıqlama verib.
O bildirib ki, Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişə artıq Rusiya narazılığını bildirməyə başlayıb.
«Bu barədə narazılıqlar Rusiya mətbuatında, politoloqlarının şərhlərində səsləndirilir. Bildirirlər ki, Ermənistan Rusiyanı aldadıb, Qərblə inteqrasiya yollarını müəyyənləşdirir. Hesab edirəm ki, narazılıq getdikcə güclənəcək. Çünki iki stulda oturmaq mümkün deyil. Ermənistan gec-tez ya Avropa Birliyi ilə imzaladığı sazişi dondurmalı olacaq, ya da Rusiyayla konfliktə getməli olacaq. Hər iki hal da Ermənistan üçün ciddi zərbə olacaq».
Politoloq deyib ki, ermənilər bu sazişi daha çox simvolik addım kimi qiymətləndirirlər.
«Çünki sazişdə tərəfdaşlıq sərhədləri çərçivəsində azad ticarət zonasının yaradılması ilə bağlı olan vacib bir blok Rusiyanı qıcıqlandırmamaq üçün aradan götürüldü. Avrasiya İttifaqı iqtisadi qurumdur, ona görə də Ermənistan Avropa Birliyi ilə əlaqədə iqtisadi məsələləri kölgədə qoydu.
Ermənistanın Avropa Birliyi ilə imzaladığı saziş daha çox lazım olan anda Rusiya ilə əlaqələri kəsib, Avropaya tez inteqrasiya yolunu tutmaq üçün körpü rolunu oynayır. Hətta bunu erməni ekspertlər də gizlətmirlər. Rusiya da Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişi kənardan çox ciddi şəkildə izləyir. Hesab edirəm ki, bu sazişlə bağlı siyasi çəkişmələr hələ qarşıdadır. Ermənistanın saziş çərçivəsində hər bir addımı Moskva tərəfindən ciddi izlənəcək. Hər dəfə götür-qoy edəcəklər ki, bu xəyanətdir, ya yox. Ona görə də imzalanmış bu sazişin aqibəti hələ ki çox müəmmalıdır».